Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə20/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   160
Mikroiqtisadiyyat (1)

İbn Xəldun
(1332-
1406) dünya iqtisadi təlimlər tarixində xüsusilə seçilmiş-
dir. O, bəşər cəmiyyətinin keçdiyi inkişaf yolunu 
köçəri-
lik, oturaq həyat və mədəniyyət
mərhələləri kimi səciy-
yələndirmiş, eyni zamanda həmin dövrlərin tarixi ardıcıl-
lıqla bir-birini əvəz etməsini əmək bölgüsü, habelə məh-
suldar qüvvələrin ümumi yüksəlişi ilə əlaqələndirmişdir. 
İnsanların tədricən cəmiyyət halında birləşməsinin zəruri-
liyini irəli sürmüş müəllif göstərmişdir ki, bəşəriyyətin 
yaşaması və təhlükəsizliyi üçün təbiətin bəxş etdiyi müx-
təlif təyinatlı nemətlərdən səmərəli faydalanmaq tələb olu-
nur. Onun sərbəst bazar, əmtəə, dəyər, qiymət, rəqabət, 
tələb, təklif, ticarət, pul, sərvət, dövlət idarəçiliyi haqqın-


37 
dakı elmi-nəzəri baxışları mühüm əhəmiyyətə malikdir. 
Qərbi Avropa ölkələrində və Rusiyada orta əsirlərin 
iqtisadi təlimləri müxtəlif mənbə, habelə müəlliflərin əsər-
lərində bu ya digər formada əks olunsa da, lakin öz dolğun 
ifadəsini italiyalı din xadimi 
Foma Akvinskinin
(1225-
1274) ziddiyyətli iqtisadi görüşlərində tapmışdır. O, cə-
miyyətin iqtisadi problemlərini, insanların müxtəlif təbə-
qələrə mənsub olmasını ilahi qanunlarla bağlamış, mülkiy-
yəti insanın ilk günahının cəzası saymışdır. Tacirlərin 
müəyyən gəlir əldə etməsilə razılaşan müəllif, ölkəyə 
onun ehtiyaclarını ödəmək üçün deyil, yalnız qazanc na-
minə mal gətirənləri “nifrətə layiq olan alçaq peşə” sahib-
ləri adlandırmışdı. O, Aristotelin iqtisadi təliminə əsasla-
naraq “ədalətli qiymət” prinsipini irəli sürmüş, mübadiləni 
ekvivalentlik hesab etmiş, öz növbəsində ekvivalentliyi isə 
əmək məsrəfləri (xərcləri) ilə əlaqələndirmiş, lakin qiymə-
tin rəqabətdən asılı olmadığını göstərmişdir. 
Feodalizm cəmiyyətinin son dövrləri iqtisadi təlimlər 
tarixində iki görkəmli şəxsiyyətin və utopik sosialistin – 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin