Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə23/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   160
Mikroiqtisadiyyat (1)

Fiziokratlar
iqtisadi məktəbinin adı, fransızca “fi-
zis” (təbiət) və “kratos” (hakimiyyət) sözlərinin birləşmə-
sindən əmələ gəlib, “təbiətin, yaxud torpağın hökmranlığı, 
ağalığı” mənasını verir. Fransada yaranmış və əsasən ora-
da inkişaf edərək başqa ölkələrdə də yayılmış fiziokratlar
ideyaların banisi 
Fransua Kene
(1694-1781), görkəmli 
nümayəndələri isə J.Türqo, V.Mirabo, Q.Letron olmuşlar. 
Bu məktəbin nümayəndələri merkatilistlərdən fərqli 
olaraq, təkcə tədavül dairəsini və ticarəti öyrənməklə məh-
dudlaşmamış, bilavasitə təbiətlə sıx bağlı olan kənd təsər-
rüfatı istehsalını, oradakı iqtisadi münasibətləri öyrənməyi 
qarşılarına məqsəd qoymuşlar. Onların əsas xidməti öz iq-
tisadi tədqiqatlarını tədavül dairəsindən istehsala, konkret 
olaraq kənd təsərrüfatına, aqrar bölməyə yönəltmələridir. 
F.Kenenin “Taxıl”, “Fermer”, “İqtisadi cədvəl”, J.Tür-
qonun “Sərvətin yaranması və bölgüsü haqqında düşün-
cələr” əsərlərində əsas diqqət sərvətin yaranması prosesi, 
onun mənbələri və bölgüsü məsələlərinin təhlilinə yönəl-
dilmişdir. Onlar sərvətin başlıca mənbəyini təbiətin və tor-
pağın birgə iştirak etdiyi kənd təsərrüfatında görmüş, bu 
sahədə çalışanların əməyini “ən məhsuldar əmək”, əkin-
çiliklə məşğul olanları isə “məhsuldar təbəqə” kimi qiy-
mətləndirmişlər. Fiziokratların fikrincə, əkinçilikdən kənar 
istehsal sahələrində xammal kimi, o cümlədən də sənaye-
də, sənətkarlıqda istifadə olunan məhsulların da ilk mən-


42 
bəyi elə 
təbiət və torpaqdır
. Belə bir mövqedən çıxaraq, 
onlar əsaslandırmağa çalışmışlar ki, təsərrüfatın digər sa-
hələrində təbiətin verdiyi məhsulların yalnız forması də-
yişdirildiyindən, yeni bir məhsul yaradıla bilməz. Ona gö-
rə də hakimiyyətin bütün diqqəti və qayğısı torpağa, əkin-
çiliyə, orada çalışan insanlara yönəldilməlidir. 
Xüsusi qeyd etmək lazımdır ki, iqtisad elmi tarixində 
təkrar istehsal nəzəriyyəsinin təhlilinə dair fikirlər F.Kene-
nin “İqtisadi cədvəl” (1758) əsərində verilmiş və orada 
ictimai məhsulun natural-dəyər tərkibi arasında müəyyən 
balans nisbətlərini araşdırmağa cəhd göstərilmişdir. 
Fizokratlar məktəbinin sərvətin yeganə mənbəyinin 
əkinçilikdəki əməyi hesab etməsi ideyası, o dövrün kon-
kret şəraitindən irəli gələn təbii elmi-nəzəri məhdudluq 
olduğundan, bu problemi klassik iqtisadi məktəbin nüma-
yəndələri uğurla həll etdilər. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin