Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə22/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   160
Mikroiqtisadiyyat (1)

Merkantilizm
iqtisadi məktəbin Q.Skaruffi (İtaliya), 
T.Man (İngiltərə), A.Monkretyen (Fransa), V.Staffor (İn-


40 
giltərə), A.Serra (İtaliya) kimi müxtəlif ölkələrin nüma-
yəndələri, ticarətin rolunun artdığı ilkin kapital yığımı 
dövrünün iqtisadi-nəzəri baxışlarının təkamülündə mühüm 
rol oynamışlar. Müxtəlif ölkələrdə yaşayıb fəaliyyət gös-
tərdiklərindən, konkret şəraitlə bağlı onların mövqe və fi-
kirlərində, şübhəsiz müəyyən fərqlər olmuşdur. Lakin 
merkantilistlərin bir sıra mühüm məsələlərdə birliyi, onları 
bu məktəbin nümayəndələri kimi səciyyələndirir.
Merkantilizm anlayışı, pul və ticarət, yaxud alverçi 
mənasını verir. Merkantilistlər tacirlər təbəqəsinin mənafe 
və maraqlarının müdafiəçisi kimi çıxış edərək, sərvətin 
mənbəyini ticarətdə görmüş, eyni zamanda sərvətlə pulu 
eyniləşdirmişdilər. Onların fikrincə, “sərvət puldur, pul isə 
qızıl və gümüşdür”. Pulu, qızılı ölkədə qoruyub sazlamaq, 
ixracı artırmaq, idxalı isə məhdudlaşdırmaq yolu ilə “aktiv 
ticarət balansı” ideyasını irəli sürən merkantilistlər, milli 
iqtisadiyyatın, habelə daxili bazarın dövlət himayəsinə eh-
tiyacı olduğunu göstərirdilər. 
Maraqlıdır ki, iqtisad elminə və nəzəriyyəsinə “siyasi 
iqtisad” anlayışı (məfhumu) fransalı merkantilist 
Antuan 
Monkretyen 
tərəfindən gətirilmişdir. O qədim yunan söz-
ləri olan “siyasət” və “iqtisadiyyat” anlayışlarını birləşdi-
rərək, milli iqtisadiyyatın dirçəlişinə çağırış xarakterli əsə-
rini “Siyasi iqtisad traktatı” (1615) adlandırmışdı. “Pul hə-
yatın və müharibələrin nəbzidir”, yaxud “qızıl olduqca 
güclü dəmirdir” kimi fikirlərin müəllifi, eyni zamanda 
yazırdı ki, dövləti varlı edən qızıl və gümüş deyil, yaşayış 
üçün zəruri sayılan əşyaların (ərzaq, paltar) olmasıdır. 
Onun “insanların xoşbəxtliyi sərvətdə, sərvət isə əməkdə-
dir” fikri, həmişə aktual olmaqla yanaşı, şübhəsiz merkan-
tilist düşüncə tərzindən uzaqdır. 


41 
Ümumiyyətlə merkantilistlər ölkə iqtisadiyyatını (tə-
sərrüfat həyatını) vahid sistem halında deyil, onun yalnız 
bir sahəsini - əmtəə tədavülü, mübadilə, alqı-satqı dairəsi-
ni tədqiq və təhlil etməklə, yaşadıqları dövrün konkret 
tələb, habelə sosial sifarişinə cavab axtarmaqla məhdud-
laşmışlar.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin