47
təsirlərə məruz qalmış Odlar Yurdu, həmişə özündə daxili
bir inam, tükənməz həyat enerjisi mənbəyi taparaq yeni-
dən dirçəlmiş, əzəli varlığını, qanyaddaşı soykökünü, şə-
rəf-ləyaqətini sərt mübarizə sınaqlarında qeyrətli iradə əz-
mi ilə təsdiq etmişdir. Bütün dünyada olduğu kimi Azər-
baycanda da qədim zamanlardan başlayaraq, insanlar ya-
şadıqları mühitin və cəmiyyətin təsərrüfat həyatına, ora-
dakı iqtisadi əlaqə və münasibətlərin xarakterinə dair dü-
şüncə və fikirlərini müxtəlif vasitələrlə ifadə etmişlər.
Hələ eramızdan əvvəlki minilliklərdə, o dövrün konkret
təsərrüfat həyatı, insanların əmək fəaliyyəti, onların məş-
ğuliyyəti, yaşayış tərzi, mülkiyyət, istehsal, bölgü, müba-
dilə münasibətləri öz əksini şifahi xalq ədəbiyyatı nümu-
nələrdə, laylalarda, bayatılarda, qoşmalarda, atalar sözlə-
rində, nağıllarda, dastanlarda sadə bir şəkildə tapmışdır.
Təsadüfi deyildir ki, xalqın tədricən formalaşmış iqtisadi
təfəkkür və fikir təkamülünün bu əvəzsiz mənbələri, qay-
naqları onun “ilkin tarixi” kimi səciyyələndirilir.
Atəşpərəstlik dövründə Azərbaycan ərazisində geniş
yayılmış zərdüştlük təlimi ideyalarında, cəmiyyətin iqtisa-
di həyatı, onun yaşayış tərzi, insanların məşğuliyyəti, böl-
gü, mübadilə, təchizat məsələlərinə diqqət yetirilmişdir.
“Avesta”, “Qurani-Kərim”, “Kitabi Dədə Qorqud” kimi
yazılı mənbələrdə xalqımızın əmək və təsərrüfat fəaliyyəti
ilə bağlı əkinçilik, maldarlıq, bağçılıq-meyvəçilik habelə
ticarət, sələmçilik və vergilərə dair zəngin materiallar var-
dır.
Orta əsrlər dövründə Azərbaycanda iqtisadi fikrin
inkisafında
Dostları ilə paylaş: