M.F.Axundov, A.Bakıxanov, Q.B.Zakır, H.B.Zərdabi,
N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rə-
52
sulzadə, N.Nərimanov, Ü.Hacıbəyli, Ə.Hüseynzadə
ki-
mi görkəmli simalarının yaradıcılığında
tapmışdır. Onların
bədii əsərlərində, mətbuatdakı yazılarında, publisist məqa-
lələrində, müsahibələrində, çıxışlarında və əməli fəaliyyət-
lərində çar Rusiyasının müstəmləkə siyasəti, xalqın hü-
quqsuz vəziyyəti, rəsmi məmurların rüşvətxorluğu, cəmiy-
yətin sosial təbəqələşməsi, zəhmət adamı - fəhlənin, kənd-
linin, sənətkarın ağır həyati, pulun ağalığı, insanların haqq
və hüquqlarının tapdalandığı, sələmçiliyin yaratdığı bəla-
lar, ölkənin səriştəsizliklə idarə olunması, əhalinin savad-
sızlığı, dini-xürafat mühitinin formalaşdırdığı həyat tər-
zinin nəticələri, milli qeyrət, vətəndaşlıq məsuliyyəti möv-
qeyindən tənqid edilmişdir. Eyni zamanda onlar Azərbay-
canın təsərrüfat həyatındakı canlanmanı, yeni iqtisadi mü-
nasibətlərin özünə yol
açmasını, ölkənin daxili-xarici iqti-
sadi əlaqələrinin genişlənməsini, xalqın iqtisadi-sosial və-
ziyyətindəki dəyişiklikləri
və ümumi inkişaf, habelə milli
şüurun formalaşması istiqamətindəki obyektiv meylləri
düzgün dəyərləndirmişlər.
Bütün Şərqdə ilk parlamentli demokratik respublika
kimi tarixə daxil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
1918-1920-ci illəri əhatə etmiş 23 aylıq hakimiyyəti dövrü,
onun
M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski,
H.B.Ağayev, H.B.Usubbəyov
və digər xadimlərinin iqti-
sadi-sosial görüşləri, Musavat hökumətinin hazırladığı
iqtisadi siyasət tədbirləri platforması, bu xəttin özünəməx-
sus xüsusiyyətləri, həyata keçirilən ilk uğurlu addımlar,
xalqımızın iqtisadi fikir, habelə təfəkkürünün formalaşma-
sı prosesində mühüm mərhələ olmuşdur.
Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkə-
lərinin xüsusiyyətlərini nəzərə alan çevik iqtisadi siyasət
53
taktikası, bir neçə variantda hazırlanmış aqrar proqramı,
sənayenin inkişaf yolları xətti, maliyyə-valyuta siyasəti,
inflyasiyaya qarşı mübarizə üsulları, xarici ticarət əlaqələ-
rinin genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tənzim-
lənməsi istiqamətindəki addımları, əhalinin həyat səviyyə-
sini yaxınlaşdırmaq, təhsil, səhiyyə və digər sahələrdəki
dünya təcrübəsinə əsaslanan düşünülmüş tədbirlər sistemi,
Azərbaycan Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsulza-
dənin “fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlal-
dır” ideyasına söykənmişdir.
71 il
(1920-1991) davam etmiş işğalçı bolşevik reji-
mi
şəraitində müəyyən istisnalarla Azərbaycanda iqtisad
elmi və iqtisadi fikrin inkişafı, hakim ideologiya olmuş
marksist-leninçi nəzəriyyənin doqmatik-sxolastik ehkamçı
iqtisadi müddəalarının öyrənilib tədqiq, habelə tədris olun-
masına tabe edilmişdi. Lakin həyat sübut etdi ki, xüsusi
mülkiyyət hüququnu qadağan edən, sahibkarlıq-biznes
fəaliyyətinə yol verməyən, insanların iqtisadi maraq və
təşəbbüslərini boğan, rəqabət prinsiplərinə
əməl
etməyən
bir təsərrüfat sistemi məhvə məhkumdur.
Sovet hakimiyyəti illərinin obyektiv çətinlik və məh-
dudiyyətlərinə baxmayaraq, Azərbaycanda iqtisad elminin
nəzəri-praktik məsələlərinə dair Məmmədhəsən Vəlili
(Baharlı), Bəkir Həsənbəyov, Həsən Dadaşov, Əliqulu Fə-
rəcov, Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd
Mahmudov, Mədət Allahverdiyev, Muxtar Mustafayev,
Ələsgər Qasımov, Mahmud Tağıyev, Yusif Məmmədov,
Mirağa Musayev, Balaca Əbdürrəhmanov, Əbdülqafur
Zərgərov, Ərəstun Axundov, Fərid Fərəcov, Teymur Vəli-
yev, Ağayar Həsənov, habelə başqaları müxtəlif istiqamət-
lərdə tədqiqatlar aparmış, monoqrafiyalar, dərsliklər, ki-
tablar, məqalələr nəşr etdirmiş, iqtisadçı kadrların hazır-
54
lanmasına xidmət göstərmişlər.
XX əsrin 90-eı illərində keçmiş Sovet İttifaqının si-
yasi-ictimai və iqtisadi-sosial sistem kimi iflasından sonra
imperiya ərazisində formalaşmış müstəqil dövlətlərdən
biri olan Azərbaycan Respublikasında iqtisad elminin, o
cümlədən də onun tərkib hissəsi sayılan iqtisadi nəzəriy-
yənin, habelə təlimlər (fikir) tarixinin obyektiv sürətdə
öyrənilib tədris olunmasına geniş imkanlar açılmışdır.
Sinfi mübarizə zəruriliyi, ideoloji təzyiq, inqilabi
çevrilişlərin labüdlüyü konsepsiyalarından, mərkəzləşdiril-
miş totalitar planlı sosialist sistemindən keçən bir ölkədə,
müasir mərhələdə qarşıya çıxan mürəkkəb və ziddiyyətli
problemləri, nisbətən qısa müddət ərzində daha az itki-
lərlə, yüksək sosial-iqtisadi səmərəlilik meyarları ilə həll
etmək üçün iqtisad elminin həm elmi-nəzəri, həm də əmə-
li-praktik axtarışlarına, tövsiyələrinə ciddi ehtiyac vardır.
Müstəqil Azərbaycan Respublikasının rastlaşdığı
gündəlik cari qayğılar ilə hökmən məşğul olmaqla yanaşı,
müasir dünya təcrübəsi və iqtisad elminin son nailiyyətlə-
rindən yaradıcılıqla faydalanmaq əsasında milli iqtisadiy-
yatımızın gələcək uzunmüddətli inkişaf perspektivtərini
işləyib hazırlamaq, iqtisadçılar qarşısında zəruri bir vəzifə
kimi durmaqdadır.
İqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin
yaxın, orta, uzunmüddətli inkişaf perspektivlərinin daxili--
xarici bazarın tələblərinə uyğun prioritet istiqamətlərini
milli təhlükəsizlik, beynəlxalq iqtisadi-ticarət əlaqələri,
istehsal-xidmət dairələrinin son səmərəliliyi baxımından,
yalnız iqtisad elminin müxtəlif sahələrinin ahəngdar inki-
şafı, alim-mütəxəssislərin peşəkar məsləhətləri təməlində
aparmaq mümkündür.
|