Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


Tarixi müqayisəlik metodu



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə30/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   160
Mikroiqtisadiyyat (1)

Tarixi müqayisəlik metodu.
 
İqtisadi hadisə və pro-
seslər müəyyən zaman və məkan daxilində baş verdiyindən, 
bunları əvvəlki dövrlə müqayisə edərək, daha düzgün qə-
rarlar qəbul etmək vacibdir. İqtisadi nəzəriyyə bu metodla 
iqtisadi proseslərin törəməsi, dəyişməsi və inkişafı prosesini 


60 
obyektiv qiymətləndirə bilər. Məsələn, başqa ölkələrin tarixi 
nümunəsi əsasında sənaye və kənd təsərrüfatının inkişaf 
yolunu izləməklə, yaxud ekologiya problemlərinə diqqət 
yetirməklə, bir sıra mənfi meyllərin qarşısını almaq müm-
kündür. Çünki tarixi müqayisələr təkcə xatırlamaq üçün 
deyil, həm də bu proseslərdən lazımi nəticələr çıxarmaq 
üçündür. 
Məntiqi ardıcıllıq metodu.
 
Bu metod tələb edir ki, 
tarixi ardıcıllıq prinsipi ilə nəzərdən keçirilən iqtisadi pro-
seslər, məntiqi təfəkkürlə təhlil olunsun və həmin hadi-
sələrin baş verdiyi konkret şərait nəzərə alınsın. 
İqtisadi nəzəriyyənin irəli sürdüyü ümumi müddəalar 
ardıcıl məntiqi mərhələlərlə həyata keçirilməlidir. Məsə-
lən, ümumi daxili məhsulun (ÜDM) optimal artım templə-
rini təmin etmək üçün uyğun maddi-texniki baza, kifayət 
qədər hazırlıqlı kadrlar yetişməlidir. Yaxud, əhalinin iqti-
sadi-sosial vəziyyətini yaxşılaşdırmaq, işsizlik problemini 
həll etmək üçün nəzərdə tutulan tədbirlər sistemi məntiqi 
bir ardıcıllıqla həyata keçirilməlidir. Bu mənada, tarixi 
metodla məntiqi metod bir-birini tamamlayaraq, vəhdət 
təşkil edir. 
İnduksiya və deduksiya metodu.
 
Bu metodun tətbi-
qi vasitəsilə müxtəlif səpgili iqtisadi problem və məsələlə-
rə dair faktlar toplanılır, seçilir, ümumiləşdirilir. Həmin 
materiallar əsasında meydana çıxan elmi-nəzəri müddəalar 
bazasında, əməli fəaliyyət üçün konkret tövsiyələr hazır-
lanır. Deməli induksiya metodu ayrı-ayrı iqtisadi faktların 
toplanaraq ümumiləşdirilməsini nəzərdə tutur. 
Deduksiya metodu isə ümumi nəzəri müddəaların 
konkret əməli tətbiqini şərtləndirir. Bu metod ümumi nə-
zəri baxışlardan, konkret əməli fəaliyyətə gedən yolu 


61 
göstərir. Real həyatda induksiya və deduksiya metodları-
nın birlikdə tətbiqi və qarşılıqlı əlaqədə təsiri daha səmə-
rəli nəticələr verir.
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin