60
obyektiv qiymətləndirə bilər. Məsələn, başqa ölkələrin
tarixi
nümunəsi əsasında sənaye və kənd təsərrüfatının inkişaf
yolunu izləməklə, yaxud ekologiya
problemlərinə diqqət
yetirməklə, bir sıra mənfi meyllərin qarşısını almaq müm-
kündür. Çünki tarixi müqayisələr təkcə xatırlamaq üçün
deyil, həm də bu proseslərdən lazımi nəticələr çıxarmaq
üçündür.
Məntiqi ardıcıllıq metodu.
Bu metod tələb edir ki,
tarixi ardıcıllıq prinsipi ilə nəzərdən keçirilən iqtisadi pro-
seslər, məntiqi təfəkkürlə təhlil olunsun və həmin hadi-
sələrin baş verdiyi konkret şərait nəzərə alınsın.
İqtisadi nəzəriyyənin irəli sürdüyü ümumi müddəalar
ardıcıl məntiqi mərhələlərlə həyata keçirilməlidir. Məsə-
lən, ümumi daxili məhsulun (ÜDM) optimal artım templə-
rini təmin etmək
üçün uyğun maddi-texniki baza, kifayət
qədər hazırlıqlı kadrlar yetişməlidir. Yaxud, əhalinin iqti-
sadi-sosial vəziyyətini yaxşılaşdırmaq,
işsizlik problemini
həll etmək üçün nəzərdə tutulan tədbirlər sistemi məntiqi
bir ardıcıllıqla həyata keçirilməlidir. Bu mənada, tarixi
metodla məntiqi metod bir-birini tamamlayaraq, vəhdət
təşkil edir.
İnduksiya və deduksiya metodu.
Bu metodun tətbi-
qi vasitəsilə müxtəlif səpgili iqtisadi problem və məsələlə-
rə dair faktlar toplanılır, seçilir, ümumiləşdirilir.
Həmin
materiallar əsasında meydana çıxan elmi-nəzəri müddəalar
bazasında, əməli fəaliyyət üçün konkret tövsiyələr hazır-
lanır. Deməli induksiya metodu ayrı-ayrı iqtisadi faktların
toplanaraq ümumiləşdirilməsini nəzərdə tutur.
Deduksiya metodu isə ümumi nəzəri müddəaların
konkret əməli tətbiqini şərtləndirir. Bu metod ümumi nə-
zəri baxışlardan, konkret əməli fəaliyyətə gedən yolu
61
göstərir. Real həyatda induksiya və deduksiya metodları-
nın birlikdə tətbiqi və qarşılıqlı əlaqədə təsiri daha səmə-
rəli nəticələr verir.
Dostları ilə paylaş: