63
lar, iqtisad elminin ayrı-ayrı cəhətlərini ümumiləşdirilmiş
şəkildə ifadə edən simvollar,
rəmzlər kimi iqtisadi nəzə-
riyyənin əlifbası rolunu oynayır. İqtisadi kateqoriya və
anlayışları öyrənib dərk etmədən, onların
mahiyyətini və
təzahür formalarını, dəyişilmə xüsusiyyətlərini və trans-
formasiya gedişini bilmədən, təsərrüfat həyatının mürək-
kəb proseslərindən baş çıxarıb onları izah etmək mümkün
deyildir. Müqayisə üçün qeyd etmək olar ki, bədii ədəbiy-
yatın obrazları müxtəlif insanlardısa,
iqtisadi nəzəriyyə
elminin “obrazları və surətləri” məhz kateqoriyalardır.
Məsələn, mülkiyyət, torpaq, bazar, əmtəə, pul, isteh-
sal, bölgü, mübadilə, istehlak, ticarət, kapital, əmək, gəlir,
iş qüvvəsi, faiz, bank, renta, dəyər, qiymət, əmək haqqı,
ümumi daxili məhsul, həyat səviyyəsi, kapitalist, sahibkar,
istehsal xərcləri, kredit, investisiya, büdcə kəsiri, mənfəət,
rəqabət, tələb, təklif, inhisar iqtisadi kateqoriyalardır. Bu
iqtisadi anlayışlar vasitəsilə həyatda rastlaşdığımız təsər-
rüfat problemləri aydınlaşdırılır.
>
ç)
İqtisadi nəzəriyyə fənnini öyrənmə gedişində
müxtəlif iqtisadi qanunların adı çəkilir və onların
mahiy-
yəti, təzahür formaları, habelə fəaliyyət mexanizmi təhlil
edilir.
İqtisadi qanunlar - cəmiyyət həyatının iqtisadi hadisə
və prosesləri arasında baş verən,
daimi təkrar olunan, sa-
bit, möhkəm, mahiyyəti təşkil edən ən mühüm səbəb-
nəticə əlaqələrini ifadə edir. Başqa sözlə, iqtisadi qanunlar
hadisələrin və proseslərin əsl mənasını, məntiqi ardıcıllı-
ğını, onların arasındakı zəruri daxili asılılıq əlaqələrini
ifadə edir.
İqtisadi qanunlardan
Dostları ilə paylaş: