67
prosesində dəyərin (qiymətin) formalaşması, son nəticə
etibarilə alıcının həmin şeylərə olan subyektiv-psixoloji
münasibəti, yaxud şəxsi istəyi və fərdi arzusu ilə ölçülür.
Deməli, özlüyündə əmtəə-xidmətlər “obyektiv iqtisadi
keyfiyyət”ə malik olmadığından, bunların dəyər-qiyməti
məhdud iqtisadi resurslar şəraitində istehlakçının tələbat-
larını ödəmək və ona nə dərəcədə rahatlıq, faydalılıq gətir-
mək mövqeyindən tədqiq edilməlidir. Bu mənada marjina-
lizm
istehlaka, yəni subyektiv cəhətə, insanın ehtiyacları-
na, onun fərdi tələbatlarına üstünlük verən nəzəri konsep-
siya, yaxud elmi-nəzəri baxışlar sistemidir.
Marjinalist nəzəriyyənin əsas prinsipi - əmtəə-xid-
mətlərin faydalılığı və ilkin istehlak
mərhələsindən sonra
bunların faydalılıq əmsalının (həddinin, dərəcəsinin) kon-
kret istehlakçı üçün azalmağa, yaxud aşağı düşməyə meyl
etməsidir. Bu mövqeyə görə, əmtəə-xidmətlərə olan ilkin
tələbat ödənildikcə, cəmiyyətdə və alıcılarda
istehlak et-
dikləri şeylərə qarşı “aclıq hadisəsi aradan qalxdıqca,
tədricən insanlar üçün həmin məhsulların, xidmətlərin
faydalılığı, təbii olaraq zəifləyəcək,
hətta bəlkə də məna-
sını itirəcəkdir. Ona görə də, əmtəə-xidmətlərin ilkin, fay-
dalılığının aşağı düşməsi, bunlardan alıcının “doyması,
tələbinin ödənilməsi, rahatlığı”, qiymət amili ilə bilavasitə
bağlı deyildir. Çünki, “faydalılıq” və “qiymət” anlayışları
arasında müəyyən əlaqə olsa da, lakin onlar arasında ey-
niyyət yoxdur. Qiymətli o şeylərdir ki, az tapılır, istehlakçı
üçün məhduddur, yaxud əlçatmazdır. Faydalılıq
isə qiy-
mətlə birbaşa bağlı olmayıb, istehlakçı davranışı, insanın
fərdi istehlak xüsusiyyətləri, sağlamlığı və subyektiv-psi-
xoloji durumu ilə əlaqədardır.
Məsələn, susuzlayan adam üçün axan çayın,
yaxud
68
bulağın suyu faydalı olsa da, amma miqdar baxımından
bol olduğundan, sırf marjinalist mövqedən “qiyməti” çox
azdır, hətta yoxdur. Səhrada isə içməli suyun “qiyməti”
çox yüksəkdir. Bu mənada,
Dostları ilə paylaş: