Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


fay- dalılıq həddi, istehsal xərcləri, tələb və təklif



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə36/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   160
Mikroiqtisadiyyat (1)

fay-
dalılıq həddi, istehsal xərcləri, tələb və təklif
nəzəriy-
yələri
sintetik surətdə birləşdirilmişdir. A.Marşall qiymətə 
bazar iqtisadiyyatının vacib ünsürü kimi baxsa da, lakin 
onu nəzərə almır, yaxud həlledici hesab etmirdi. O yazırdı 
ki, qiymətin yaranma prosesi özündə tələb və təklif qiy-
mətini birləşdirir. A.Marşall bazar qiymətinə, alqı-satqıda 
tələblə-təklifin kəsişməsindən alınan bir nəticə kimi bax-
mışdı. Deməli, tələb qiyməti marjinalist üsulla, yəni fay-
dalılıqla, təklif isə qiymətin klassik üsulu, yəni istehsal 
xərcləri ilə müəyyən olunmalıdır. 


70 
Bazar qiymətinin dəyişməsini «son faydalılıq» və 
«istehsal xərcləri» kimi 2 amillə əlaqələndirən A.Marşall 
yazırdı ki, belə şəraitdə alıcının verdiyi qiymət, əmtəənin 
faydalılığı səviyyəsindən asılı olaraq, məhsulun maksi-
mum dəyərini (qiymətini) müəyyən edir. Eyni zamanda 
hər hansı bir istehlakçının məhsula verdiyi qiymət, həmin 
əmtəənin (xidmətin) faydalılıq səviyyəsi ilə bağlıdırsa, is-
tehsalçının isə satdığı məhsula qoyduğu qiymət, onun ha-
zırlanmasına sərf olunmuş istehsal xərcləri ilə əlaqədardır. 
Məhz belə bir razılaşdırıcı mövqedən çıxış edən 
müəllif, göstərmişdi ki, alıcının ödəməyə hazır olduğu 
qiymət əmtəənin faydalılığı, satıcının təyin etdiyi qiymət 
isə istehsal xərclərindən az olmamaqla müəyyən edilir. Bu 
halda satıcılarla alıcılar arasında razılaşma əldə edilir və 
nəticədə qiymət tarazlı səviyyədə müəyyənləşir. 
İqtisad elminə «tələbin elastikliyi» anlayışını gətirən 
müəllif, bazarda formalaşan qiymətlərin səviyyəsindən 
asılı olaraq, tələblə-təklifin artması, yaxud aşağı düşməsi 
prosesinin qanunauyğunluqlarını izah etmişdir. Tələbin 
elastikliyi, onun qiymət dəyişikliklərindən bilavasitə, ya-
xud dolayı yollarla asılılığını elmi-nəzəri cəhətdən sübutu 
kimi səciyyələndirilmişdir. 
Qiymətin enib-qalxması ilə tələbin elastikliyinin də-
yişkənliyi (vahidə bərabərliyi, yaxud vahiddən böyük-ki-
çik olması) bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı 
ola bilər. A.Marşall, bununla əlaqədar tələb-təklif qanunu-
nun fəaliyyətində vaxt amilinə diqqət yetirərək, baş verən 
iqtisadi proseslərdə səbəb-nəticə əlaqələrinin təsir gücünü 
və dairəsini düzgün qiymətləndirmək üçün ani, qısamüd-
dətli, uzunmüddətli bazar tarazlığını fərqləndirməyi irəli 
sürmüşdü. Çünki, ani tarazlıq şəraitində təklif sabit qaldı-


71 
ğından, təbii olaraq qiymətlər yüksələcəkdir. Qısamüddətli 
tarazlıq, mövcud istehsal gücləri (imkanları) daxilində 
təklifi çoxaltmaqla, artan tələbi ödəməyə şərait yaradacaq-
dır. Uzunmüddətli tarazlıq mühitində isə mövcud iqtisadi 
resurslar çərçivəsində istehsal gücləri dəyişə bildiyindən, 
təklif bazarda formalaşan tələbə uyğunlaşır. 
Tarazlı qiymət anlayışından istifadə etmiş A.Marşall 
göstərmişdi ki, tələb qiyməti təklif qiymətinə bərabər ol-
duqda, bazarda sabitlik hökm sürür. O, tələbin qiymətlə 
tərs, təklifin isə düz nisbətdə olduğunu qeyd etmişdi. 
A.Marşall eyni zamanda sərbəstlik və rəqabətin iqti-
sadiyyat üçün hərəkətverici roluna diqqət yetirmiş, pul 
amili və onun bu proseslərə təsiri problemlərinə toxun-
muşdur. 
İnsan amili, əmək haqqı, kapital və digər aktual mə-
sələlər də onun tədqiq etdiyi problemlərdən olmuşdu. 
Təsadüfi deyildir ki, o insan kapitalı haqqında yaza-
raq, insanın bacarıq və qabiliyyətini istehsal vasitələrinin 
zəruri tərkib hissəsi kimi yüksək qiymətləndirmişdir. 
«Bilik istehsalı hərəkətə gətirən ən güclü amildir» - fikri, 
onun işçinin peşəkarlığına, sahibkarın idarəçilik məharə-
tinə, işgüzar münasibətlər qurmaq bacarığına olduqca yük-
sək qiymət verdiyini təsdiq edir.
A.Marşall istehsalın 3 amili (torpaq, əmək, kapital) 
haqqında fransız iqtisadçısı J.B.Seyin mövqeyini qəbul 
etməklə yanaşı, bu amillər sırasına istehsalın təşkili və 
idarə olunmasının mühüm şərti hesab etdiyi sahibkarlıq 
qabiliyyətini, bacarığını da dördüncü amil kimi irəli sür-
müşdür. Onun aşağıdakı fikirləri müasir dövrdə də aktual 
səslənir: “istehsalda insan qabiliyyəti, kapitalın başqa 
növləri qədər zəruridir və “əməyə tam bağlanmaq üçün 3 


72 
şərtə əməl olunmalıdır: azadlığa, ümidə, dəyişikliklərə”. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin