69
mından təhlil etmək imkanları məhdudlaşdığından, bu
mürəkkəb proseslər yeni yanaşma metodları tələb edirdi.
Cəmiyyətin iqtisadiyyatındakı
dəyişkən və ziddiyyətli
hadisələri təkcə klassik, habelə marksist məktəblərin əmək
dəyər konsepsiyası mövqeyindən deyil, həm də subyektiv-
psixoloji prinsiplərə əsaslanan faydalılıq baxımından təhlil
etmək zəruriliyi irəli sürülmüşdü.
A.Marşall, klassik və marksist məktəblərin “siyasi
iqtisad” terminini “iqtisad (ekonomiks) termini ilə əvəz
edərək, siyasi və sinfi problemləri
iqtisadi nəzəriyyənin
predmetindən çıxarmış, iqtisadiyyata dövlət müdaxiləsinin
məhdudlaşdırılmasını əsaslandırmış, iqtisadi problemlərin
mikroiqtisadi və makroiqtisadi səviyyələrdə öyrənilməsinin
zəruriliyini göstərmiş, bu istiqamətdə
qrafik və riyazi vasi-
tələrdən istifadə olunmasına diqqəti cəlb etmişdir. Onun
nəzəri irsində
qiymət
problemi mərkəzi yer tutmuşdur. Bu
konsepsiyanın hazırlanmasında əvvəlki dəyər nəzəriyyələ-
rindən yaradıcılıqla istifadə edən müəllif, həmin ideyaların
qarşılıqlı əlaqəsi yolunu seçmişdir. A.Marşallın
qiymət
konsepsiyasında ayrı-ayrı iqtisadi məktəblərə məxsus
Dostları ilə paylaş: