Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


Nizamülmülk (XI əsr), Nizami (Gəncəvi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə26/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   160
Mikroiqtisadiyyat (1)

Nizamülmülk (XI əsr), Nizami (Gəncəvi 
(XII əsr), Nəsrəddin Tusi (XIII əsr), İmaməddin Nəsi-
mi (XIV əsr), Şah İsmayıl Xətai (XVI əsr). Məhəmməd 


48 
Fizuli (XVI əsr), Molla Pənah Vaqif 
müəyyən rol oyna-
mışlar. Şair, dövlət xadimi, alimi kimi tanınmış bu gör-
kəmli şəxsiyyətlər yaşadıqları cəmiyyətin iqtisadi-sosial 
məsələlərinə toxunaraq, maraqlı fikirlər söyləmişlər. 
Şərq və Qərb mənbələri ilə tanışlıq nəticəsində onla-
rın “Siyasətnamə”, “Xəmsə”, “Maliyyə haqqında traktat”, 
“Əxlaqi Nasiri” kimi əsərlərində, qəzəl və şerlərində yaşa-
dıqları cəmiyyətin ictimai-iqtisadi məsələlərinə dair baxış-
ları, tənqidi mülahizələri; haqsızlığa, ədalətsizliyə qarşı 
etirazları; ailə (ev təsərrüfatları), torpaq, mülkiyyət, müba-
dilə, bölgü, büdcə, idarəetmə, məmur məsuliyyəti haqqın-
da fikirləri; insan zəhmətinə, əmək bölgüsünə, qənaətcil-
liyə, qarşılıqlı faydalı ticarət əlaqələrinə, ölkənin abadlığı-
na, əhalinin peşə-sənət bacarığına, elm-təhsil işlərinə ver-
dikləri yüksək qiymət; əmtəə-dəyər, pul-sərvət, borc-sə-
ləm anlayışına, yığım-xəzinə məsələlərinə, vergi-dövlət 
xərclərinə xüsusi diqqət yetirmələri; israfçılığa, möhtəkir-
liyə, haram qazanca qarşı sərt mövqeləri; hakimiyyətin ilk 
qayğısının insanların gələcəyi və rifahının yaxşılaşdırıl-
ması olduğu barəsindəki işıqlı düşüncələri, bizim günlə-
rimizdə də aktual səslənir. 
N.Tusinin təbirincə iqtisad elminin də daxil olduğu 
ictimaiyyət elmləri (ictimai elmlər) – “insan cəmiyyətində 
olan münasibətlər sistemidir” və hamının öyrənməyə səy 
etməli olduğu bir sahədir.
İqtisad elminin mövzusunu (predmetini) – “hamının 
xeyrinə olan (ictimai) əmək” kimi müəyyənləşdirən müəl-
lif göstərmişdir ki, “insan öz ruzisini düşüncəsi, əməyi və 
bacarığı ilə əldə etdiyindən”, hər kəş yaxşı bacardığı, sev-
diyi peşə ilə məşğul olarsa “birgə əmək yaranar, xeyir 
artar, şər azalar”. Onun fikrincə, cəmiyyətdə elə şərait ya-


49 
radılmalıdır ki, hərə öz imkanı və bacarığı dairəsində za-
man və məkanın tələbindən asılı olaraq, ədalətlə öz bor-
cunu yerinə yetirsin, hərənin haqqı özünə çatsın. 
Nizamülmülk isə yazırdı ki, yalnız təsərrüfat həyatı-
nın ciddi qayda-qanunlarına əməl olunan məmləkətdə 
“dövlət güclənər, ölkədə bolluq olar”. Müəllifin fikrincə, 
ölkədə halal-harama fikir verilməsə, möhtəkirlik və saxta-
karlıq olarsa əhali, xüsusilə də “yoxsullar acınacaqlı və-
ziyyətə düşərlər”. Ölkədə hakimin sayğısızlığı və qazının 
insafsızlığı üzündən yarana biləcək sosial narazılıq belə 
qiymətləndirilmişdir: “Atalar yaxşı deyiblər: ət iylənəndə 
ona duz vurarlar, bəs duz iylənsə onun çarəsi nədir?” Öl-
kənin və dövlətin həqiqi vəziyyətinin biliyin və yaxşı 
ənənələrinin səviyyəsi ilə ölçüldüyünü qeyd edən Nizamü-
mülk hakimlərı, dövlət xadimlərini elm adamları ilə otu-
rub-durmağa, işbilənlərlə məsləhətləşməyə, ağsaqqalların 
tövsiyələrinə qulaq asmağa çağırmışdı. 
Bu mənada Nizami Gəncəvinin şah və xəlifələrin 
hökmranlıq etdiyi feodalizm dövründə özünüidarəyə, əda-
lətə, qarşılıqlı hörmət münasibətlərinə əsaslanan ideal--
utopik cəmiyyət ideyasını irəli sürməsi, elmi uzaqgörənlik, 
habelə zəngin yaradıcılıq təxəyyülü kimi qiymətləndiril-
məlidir. Onun əsərlərindəki insan zəhmətinə, əmək fəaliy-
yətinə, onun bölgüsünə, pula, sərvətə, kamil peşə-sənət sa-
hibi olmağa, elmlərə yiyələnməyə, qənaətə, sadə yaşama-
ğa dair fikirləri, xalq müdrikliyindən qaynaqlanan iqtisadi 
təfəkkürün ifadəsi kimi dəyərləndirilməlidir. Şair insanın 
əmək fəaliyyətinin azad və sərbəst olması zəruriliyinə to-
xunaraq yazmışdı:
Hər kəs sənətində olmasa azad, 
Dünya bu gedişlə olarmı abad? 


50 
“Həyat əməkdir”- əqidəsində olan müəllif, adamları 
insan edən, onları bütün canlılardan fərqləndirən halal 
zəhmətlə yaşamağa çağırmışdı: 
Məşəl tək əlinin muzduyla dolan, 
Şam kimi sən öz xəzinənlə yan. 
“Sirlər xəzinəsi” əsərindəki sadə peşə sahibləri olan 
əkinçinin, kərpickəsənin, bağbanın timsalında, öz halal 
zəhməti ilə yaşayan bu əmək adamları, cəmiyyət həyatının 
əsl qurucuları, bünövrəsi kimi təsvir olunmuşlar. Şairin 
fikrincə, həyatda rahatlıq “daşdan çörək çıxaran” və “də-
nizdən dürr əldə edən” insanların, o cümlədən də daşyona-
nın, çobanın, əkinçinin, memarın, naqqaşın, əsgərin, ali-
min, bənnanın gərgin əməyinin nəticəsidir. 
“Hər peşəkar ancaq öz işini görməlidir”, “o vaxt ki, 
hər kəs öz bildiyi peşəsindən əl çəkər, abadlıq heçə enər”, 
“hər kəsin hünərinə görə iş verilməlidir”, “insan halına, 
bacarığına görə elə peşə seçməlidir ki, gördüyü işdən xə-
calət çəkməsin” mövqeyindən çıxış edən Nizami, ağıllı və 
düşünülmüş əmək bölgüsünə ölkənin sərvətinin artmasına, 
ölkədə məhsul bolluğu yaradılmasına, əhalinin dolanaca-
ğının yaxşılaşmasına təsir göstərən bir şərt kimi baxmış-
dır. O eyni zamanda məmləkətin və cəmiyyətin yaşanması 
üçün ayrı-ayrı fiziki-zehni əmək fəaliyyəti növlərinin qar-
şılıqlı əlaqəsi fikrini əsas tutmuşdur. Bu mənada müxtəlif 
peşə və sənətlərin bir-birini tamlayaraq, son nəticə etiba-
rilə hamıya gərək olduğunu vurğulayan şair xatırlatmışdı: 
Dünya bir tarladır, diqqətlə baxsaq, 
Hamı bir-birinə cütçüdür ancaq. 
Zəhmət - əmək “fəryad deyil, bir şadlıqdır” deyən, 
nəsillərin zəruri istehsal fəaliyyətinin təkrar olunmasını 
“çox şey əkmişlər bizə, əkməliyik gənc nəslimizə” vəsiy-


51 
yətini edən və bu işi mənəvi insanlıq borcu kimi dəyər-
ləndirən şair: 
Dünyaya gəlmədik zövqə, işrətə, 
Borcumuz qatlaşmaq hər cür zəhmətə - 
inamı ilə “kamil palançılığı yarımçıq papaqçılıqdan” üstün 
tutmuş, həyatda və gündəlik dolanacaqda qənaətcil olma-
ğı, hər işdə “nisbətlərə riayət etməyi”, “haqq-hesab bilmə-
yi”, “ölçü-biçi gözləməyi” tövsiyə etmiş, ədalətsiz vergilə-
rə və rüşvətxorluğa qarşı çıxmış, “yetimlərin malına qəsd 
edilməsini” və “qocaların olub-qalanının çapılıb-talanma-
sını” qəzəblə lənətləmişdir. İnsanların əsl güc-qüvvətini, 
bəşəriyyətin xoşbəxtliyini elmdə, bilikdə olduğunu və cə-
miyyətin bütün səylərinin ölkənin, onun əhalisinin xeyrinə 
yönəldilməsinin arzulayan mütəfəkkir sənətkar qəti bir 
əminliklə yazmışdı: 
Qüvvət elmdədir, ayrı cür heç kəs, 
Hər kəsə üstünlük göstərə bilməz. 
Ümumbəşəri dəyərlərin varisləri kimi orta əsr Azər-
baycan iqtisadi fikrinin nümayəndələri, müasir inteqrasiya 
və qloballaşma proseslərini sanki öz fəhmləri ilə dərk edə-
rək bildirmişlər: “tədricən bir-birinə kömək edən insanları 
birləşdirən quruluşun yaranması zəruriyyəti meydana çı-
xar, çünki insanlar öz təbiəti etibarilə inkişafa meyl edən 
bir varlıq kimi yaradıldığından məhz belə birləşməyə 
möhtacdırlar” (N.Tusi). 
XIX əsrin əvvəllərində Azərbaycanın parçalanaraq 
Rusiya tərəfindən işğalından başlayaraq, XX əsrin ilk iyir-
minci illərinə qədər olan dövrdə burda gedən ictimai-siya-
si iqtisadi-sosial, mədəni-mənəvi proseslər xalqımızın 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin