Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə16/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   160
Mikroiqtisadiyyat (1)

Səkkizinci prinsip,
 
ölkə əhalisinin həyat səviyyəsi-
nin orada məhsullar istehsalı və xidmətlər göstərilməsi qa-
bıliyyəti ilə qarşılıqlı əlaqəsini aydınlaşdırır. Bu məsələ 
hər hansı bir ölkədə ümumi daxili məhsulun (ÜDM) həc-
mi, əhalinin gəlir səviyyəsi, onun artım templəri, ölkədə 
demoqrafik vəziyyət, məşğulluq və inflyasiya səviyyəsi ilə 


29 
bilavasitə yaxud dolayı yollarla bağlıdır. Təsadüfi deyildir 
ki, müxtəlif ölkələrin keçdikləri iqtisadi-sosial inkişaf yo-
lunun nəticəsi sayılan əhalinin həyat səviyyəsi göstəriciləri 
biri-birindən kəskin surətdə fərqlənir. Planetin əhalisinin 
hər nəfərinə hazırda orta hesabla təxminən 10.000 dollar 
həcmində məhsullar istehsal olunur və müxtəlif təyinatlı 
xidmətlər göstərilirsə, bu rəqəm ayrı-ayrı ölkələrdə bir 
neçə yüz dollardan 50-60 min dollara qədər fərqlənir. 
Azərbaycan Respublikasında isə bu ümumiləşdirici göstə-
rici 6.000 dollardır. 
Ölkə əhalisinin real həyat səviyyəsinin tədricən və 
davamlı surətdə yüksəldilməsinin ən sınanmış yolu - əmək 
məhsuldarlığını, yəni hər bir işçinin müəyyən vaxt (saat, 
gün) ərzində məhsul-xidmətlər istehsalını artırmasından, 
yaxud həmin məhsul-xidmətlər istehsalına sərf olunmuş 
vaxtın (başqa şərtlər dəyişməz qalmaqla) azaldılmasından 
ibarətdir. Əmək məhsuldarlığının yüksəldilməsi ilə əhali-
nin həyat səviyyəsi arasındakı qarşılıqlı əlaqə, hər bir döv-
lətin daxili və xarici, xüsusilə də sosial siyasəti üçün mü-
hüm rol oynadığından, elm və texnikanın, qabaqcıl texno-
logiyaların istehsal-xidmət sferalarında tətbiqinə, işçilərin 
peşə-ixtisaslarının təkmilləşdirilməsinə, yeni yaradılacaq 
elmtutumlu sahələrin hazırlıqlı gənc kadrlarla təmin olun-
masına ciddi diqqət yetirilməsi zəruridir. 
Doqquzuncu prinsip
 
izah edir ki, dövlət həddən ar-
tıq pul çap edib dövriyəyə buraxdıqda ölkədə qiymətlər 
qalxır və inflyasiya baş verir. Ölkədə qiymətlərin ümumi 
səviyyəsinin artımı ilə bağlı olan inflyasiya hadisəsi kağız 
pulların öz qızıl tərkibindən ayrılması, bank-kredit şəbəkə-
sinin çoxşaxəli fəaliyyəti, ölkələr arasındakı iqtisadi-tica-


30 
rət əlaqələrinin durmadan genişlənməsi, beynəlxalq turiz-
min sürətlə inkişafı və dövlətlərin iqtisadi-sosial siyasət 
xəttindəki obyektiv-subyektiv əyintilərlə bağlıdır. Ötən əs-
rin əvvəllərindən başlayaraq dünyanın Almaniya, Meksi-
ka, Fransa, ABŞ, Italiya, Cənubi Amerika ölkələri vaxt-
aşırı olaraq bu problemlərlə rastlaşmışlar. Keçmiş Sovet 
İttifaqı dağıldıqdan sonra onun ərazisində formalaşmış 
müstəqil dövlətlərdə, o cümlədən Azərbaycan Respublika-
sında da inflyasiya, habelə onun tənzimlənməsi məsələsi 
aktual bir əhəmiyyət kəsb edir. 
Mütəxəssislərin və iqtisadçıların fikrincə, ölkə iqtisa-
diyyatında illik inflyasiya səviyyəsinin 3-5% hüdudlarında 
olması mümkün, hətta təsərrüfat həyatının canlanmasına 
bir təkan amili kimi lazımdır. Bəzi hallarda ölkənin iqtisa-
di-sosial inkişaf xüsusiyyətləri və həll etdiyi problemlərin 
xarakterindən asılı olaraq, inflyasiyanın təkrəqəmli (8-9%) 
səviyyədə saxlanmasına haqq qazandırılır. Lakin tədricən 
bu səviyyənin artması iqtisadiyyatın strukturunda, onun 
sahələrdaxili və sahələrarası nisbətlərində, xarici ticarətin 
quruluşunda, dövlət büdcəsinin formalaşmasında, tədiyyə 
balansında, nəhayət ölkənin iqtisadi siyasətinin strategiya-
sı, habelə taktikasındakı müəyyən nöqsanlar, düzgün nəzə-
rə alınmamış cəhətlərlə əlaqədardır. Ona görə də müasir 
mərhələdə dünyanın müxtəlif ölkələrinin iqtisadi siyasə-
tində, inflyasiya prosesinin tənzimlənməsi tədbirlərinə 
ciddi diqqət yetirilir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin