24
çətindir, nəhayət eyni vaxtda bir əldə iki qarpız tutmaq
mümkün deyildir. Məsələn, tələbənin öz vaxtını dərslərə
hazırlaşmaq və əyləncə (idman məşqləri), ailənin gəlirləri-
ni ərzaq və paltar (təmir işləri), cəmiyyətin resursların
əhalinin rifahı və hərbi-müdafiə xərcləri arasında bölüşdü-
rülməsi, onları həmişə müəyyən seçim etmək məcburiyyə-
ti qarşısında qoyur. Ayrı-ayrı fərdlərin, ailənin, bütövlük-
də cəmiyyətin səmərəliliklə ədalətlilik arasındakı
seçimi
nə qədər çətin və riskli olsa da, hökmən baş verməlidir.
Ona görə də həm insanlar, həm ailə təsərrüfatları, həm
korporasiyalar (şirkətlər), həm də cəmiyyət belə bir seçi-
min zəruriliyini dərk edərək, həmin variantlar arasında ən
optimalını seçərək, uyğun qərarlar
qəbul etmək məsuliy-
yətinə hazır olmalıdırlar.
İkinci prinsip,
bir şeyin (əmtəənin-xidmətin) dəyəri-
nin, onu əldə etmək üçün imtina olunan başqa şeylərin
(maddi-mənəvi nemətlərin) dəyəri ilə ölçülməsini aydın-
laşdırır. İnsanlar əvəzləyici seçimlərlə rastlaşdıqları halda,
son söz demək üçün bir necə alternativ (əks) qərarın gətirə
biləcəyi fayda və xərclərin müqayisəsini aparmağa məc-
burdurlar. Hər hansı bir nəticənin,
yaxud məhsul və xid-
mətin alternativ dəyəri, onu əldə etmək üçün imtina olu-
nan digər şeylərin (əşyaların, xidmətlərin) dəyəri ilə ölçü-
lür. Məsələn, hər bir gənc ali təhsil almaq,
yaxud peşə-
sənət sahibi olmaq, yaxud da tanınmış idmançı kimi yetiş-
mək şanslarını intellektual, iş imkanları, şöhrət, ad-san qa-
zanmaq imkanlarını, xərc və gəlirlərini müqayisəli sürətdə
hesablayaraq, şübhəsiz öz gələcəyi üçün daha əlverişli
saydığı alternativ variant haqqında qərar qəbul edəcəkdir.
Üçüncü prinsip,
rasional insanların marjinal, yəni
son faydanı düşünərək öz fəaliyyətlərində müəyyən dəyi-
25
şikliklər, kiçik düzəlişlər aparmasını nəzərdə tutur. Həyat-
da insanlar və şirkətlər elə konkret vəziyyətlərlə rastlaşır-
lar ki, onlar qərar verərkən öz marjinal faydaları ilə marji-
nal
xərclərini müqayisə edərək, daha rasional (səmərəli)
varianta üstünlük verirlər. Məsələn uçuşa hazırlaşan 200
yerlik və hər biletin qiymətinin 500 dollara (avroya, mana-
ta) olan sərnişin təyyarəsində yerlərin bir neçəsi boşdursa,
həmin reys üçün 300 dollar ödəyib səyahətə çıxan adama
imkan yaratmaq, güzəştə getmək (orjinal dəyişikliklər et-
mək, kiçik düzəlişlər aparmaq) mümkündür. İmtahanlara
hazırlaşan tələbənin bu işə istirahəti hesabına bir-iki saat
əlavə vaxt ayırmasına, fermerin
müəyyən səbəblər üzün-
dən məhsulunun bir hissəsini nisbətən aşağı qiymətə sat-
masına haqq qazandırıla bilər. Şübhəsiz, ağıllı, rasional
qərar verən şəxs və şirkət rəhbərliyi
konkret halda öz iq-
tisadi hərəkətini (fəaliyyətini, davranışını, əməliyyatını)
bu işin marjinal (son) faydalılığının, yalnız onun xərclərini
(maya dəyərini) üstələdiyi halda həyata keçirəcəkdir.
Dostları ilə paylaş: