21
fəaliyyətini öyrənir.
İkincisi,
cəmiyyətin və insanların tələbatlarının son-
suzluğu, iqtisadi resursların isə nisbi məhdudluğu şəraitin-
də, istehsal amillərindən (torpaq, əmək kapital, sahibkarlıq
fəaliyyəti) daha səmərəli istifadə olunması yollarını müəy-
yənləşdirir.
Üçüncüsü,
mikroiqtisadi təhlil insanların konkret şə-
rait
və vəziyyətdən, habelə onların maddi imkanlarından,
gəlirlərindən asılı olaraq, hansı iqtisadi qərarlar qəbul et-
mələrinin səbəb-nəticə əlaqələrini aydınlaşdırır.
Dördüncü,
bazarlarda qiymət enib-qalxmaları əsa-
sında, tələb-təklifin dəyişkənliyi və qiymətlə bağlı həm
tələbdə, həm də təklifdə baş verən elastiklik proseslərini
tədqiq edir.
Beşincisi,
istehsal xərclərinin
minimum hədd səviy-
yəsində (məhsulun-xidmətin keyfiyyətinə xələl gətirmə-
dən) saxlamaqla, təsərrüfat vahidinin
fəaliyyətindən son
məqsəd kimi maksimum (ən yüksək) mənfəət əldə olun-
masının müxtəlif variantlarını araşdırır.
Altıncısı,
bazarın quruluşu və orada gedən rəqabət
mübarizəsinin strategiyası, habelə taktikasının
müxtəlif
formalarını, qısamüddətli və uzunmüddətli rəqabət müba-
rizəsinin özünəməxsus cəhətlərini,
perspektivlərini izah
edir.
Yeddincisi,
ümumi tarazlıq modelinin müasir inhi-
sarçı rəqabət, alıcı psixologiyası və davranışı, beynəlxalq
iqtisadi-ticarət
əlaqələri, iqtisadi inteqrasiya, habelə qlo-
ballaşma proseslərinin tədricən
gücləndiyi bir şəraitdə,
dəyişkən meyllərinin təhlili ilə məşğul olur.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən vəzifələrin
həyata keçirilməsi gedişində bir sıra problemlərin meydana
22
çıxması, mikroiqtisadi nəzəriyyənin hüdudlarını müəyyən
qədər məhdudlaşdırır. Həmin məhdudiyyətlər sırasında:
məlumat-informasiya bazasının fərqliliyini (asimmetrik
informasiya), dövlətin iqtisadi
siyasətinin nə dərəcədə sə-
mərəli olmasını, obyektiv-subyektiv səbəblərlə bağlı in-
sanların əvvəlki iqtisadi qərarlarını dəyişməsini, habelə öz
alıcı davranışlarında ziddiyyətlərə yol vermələrini göstər-
mək olar.
Makroiqtisadiyyat isə ölkənin milli iqtisadiyyatını
bütövlükdə təhlil etmək və bunun əsasında ümumiləşdirici
iqtisadi göstəricilərin müəyyənləşdirilməsidir. Makroiqtisa-
di
səviyyədə ölkənin
Dostları ilə paylaş: