19
bu sahədə öz tədqiqatları ilə seçilən T.Hossenin, K.Men-
gerin, A.Marşallin, L.Valrasın, V.Paretonun adları ilə bağ-
lıdır.
İqtisadi nəzəriyyənin
müşahidə, müqayisəlik, ümu-
miləşdirmə, pozitiv, normativ, qrafik təsvirlər, sxem-
lər, cədvəllər kimi metod və yanaşma üsullarından
mikroiqtisadiyyatın
müxtəlif problemlərinin, konkret mə-
sələlərinin izahı, habelə tədqiqində geniş istifadə olunur.
Pozitiv analiz mikroiqtisadi proseslərin real təsvirini və
onların ümumiləşdirilməsini
öyrəndiyi halda, normativ
analiz iqtisadi proseslərin, hadisələrin
necə inkişaf etməli
olması sualına cavab verir. Maraqlıdır ki, cəmiyyətin iqti-
sadi həyatında və müxtəlif təyinatlı şirkətlərin təsərrüfat
fəaliyyətində baş verən proseslərin pozitiv mövqedən təh-
lili o qədər də ciddi mübahisələr doğurmasa da,
lakin bu
proseslərin necə davam etməli olacağı haqqındakı fikirlər
həmişə bir-birindən xeyli fərqlənmişdir.
Məsələn, ölkədə enerji daşıyıcılarının yaxud taxıl
məmulatlarının qiymətlərinin artırılması zərurəti meydana
çıxdıqda, bu iqtisadi siyasət xətti tədbirinin yaradacağı
müsbət və mənfi cəhətlər hərtərəfli düşünülməlidir. Çünki
qiymətlər və vergi dərəcələrindəki enib-qalxmalar həmişə
mikroiqtisadiyyatın obyektlərinin,
subyektlərinin təsərrü-
fat fəaliyyətinə öz təsirini bilavasitə, yaxud dolayı yollarla
göstərmiş olur. Təsadüfi deyildir ki, bəzən
Dostları ilə paylaş: