Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə13/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   160
Mikroiqtisadiyyat (1)

Dördüncü prinsip,
 
ondan ibarətdir ki, insanların 
gündəlik yaşayış tərzi və iqtisadi fəaliyyəti ilə bağlı müəy-
yən stimullar, həvəsləndirici amillər, bir sıra şərtlər dəyiş-
dikdə onların davranışları, düşüncə tərzləri, yaranmış yeni 
vəziyyətlə bağlı qəbul etdikləri qərarlar da hökmən dəyi-
şəcəkdir. Əlbəttə, bu hal təkcə iqtisadi tədbirlərdə deyil
eyni zamanda hakimiyyətin siyasi iradəsi ilə məcburi qay-
dalarda həyata keçirilən rəsmi tədbirlərdə də özünü gös-
tərir. Məsələn, vergi dərəcələrinin dəyişdirilməsi və benzi-
nin qiymətinin artırılması, avtomobil sürücülərinin və sər-
nişinlərin təhlükəsizlik kəmərlərindən istifadə olunması 
zəruriliyi, bazar qiymətlərinin vaxtaşırı enib-qalxması pro-
sesi, bank faizlərinin əmlak və mülkiyyətin sığortalanma-


26 
sındakı yeniliklər, nisyə (kreditə) mal satışında daha əlve-
rişli şərtlərin tətbiqi, ilk vaxtlar əhalinin ayrı-ayrı təbəqə-
ləri tərəflərindən birmənalı qarşılanmayıb, müxtəlif rəylər 
doğursa da, lakin zaman keçdikcə insanlar həqiqətən onla-
rın mənafeyinə, maraqlarına uyğun saydıqları stimullara 
münasibətlərini yaxşılığa doğru dəyişirlər. 
Beşinci prinsip
,
 
iqtisadi ticarət əlaqələrinin müxtəlif 
ölkələr və xalqlar üçün faydalı ola bilməsi fikrini əsaslan-
dırır. Doğrudur, ölkələr və insanlar arasında fasiləsiz su-
rətdə davam edən iqtisadi-ticarət münasibətləri, habelə bu 
əlaqələrin müxtəlif formaları bazarda kəskin, rəqabət mü-
barizəsi şəklində getsə də, bir sıra ziddiyyətli çətinliklər 
yaransa da, lakin son nəticə etibarilə bu alış-verişlərin istər 
dövlətlər, istər hər birimiz üçün faydalı olduğu, hamılıqla 
qəbul edilir. Ticarət əlaqələrinin xalqlar arasında etimad 
körpüsü olması, onları yaxınlaşdırılması meyli, qədim 
Şərq müdriklərinin hikmətini təsdiqləyir: “Hakim siyasət-
siz, elm mübahisəsiz, ölkə ticarətsiz yaşaya bilməz”. Belə 
bir faktı qeyd etmək zəruridir ki, XXI əsrin birinci onilli-
yində dünyada istehsal olunmuş məhsul-xidmətlərin 40%-
ə qədəri dünya ölkələrinin müxtəlif təyinatlı tələbatlarını 
ödəmək üçün, beynəlxalq bazara (ixrac və idxal malları - 
xidmətləri şəklində) çıxarılaraq satılıb-alınmışdır.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin