28
məhkəmələrin olması zəruridir.
Eyni zamanda dövlət or-
qanlarının iqtisadiyyata müdaxilə etməsi, cəmiyyətin tə-
sərrüfat həyatında
səmərəliliyin, ictimai-siyasi həyatında
isə sosial ədalətin təmin olunması ilə bağlıdır. Dünya öl-
kələrinin təcrübəsi göstərir ki, dövlətin simasında bazarın
və iqtisadiyyatın fəaliyyətinə
kənar müdaxilə olmadan,
bazar gücü öz təsirini qiymətlərin artmasında, inhisarçılıq
meyllərində, elm və incəsənət sahələrinə biganəlikdə, ətraf
mühitin çirkləndirilməsi, ekologiya problemlərində hök-
mən göstərəcəkdir. Ona görə də
dövlətin həyata keçirdiyi
gəlir vergisi, gömrük rüsumları, əhalinin sosial müdafiə
tədbirləri, iqtisadi resursların və maddi-mənəvi nemətlərin
daha ədalətli bölüşdürülməsinə yönəldilməlidir. Əlbəttə,
ayrı-ayrı müəlliflərin haqlı olaraq qeyd etdikləri kimi
dövlətin
bu sahədəki fəaliyyəti, heç də həmişə gözlənilən
nəticələri vermir. Çünki “dövlət siyasətini həyata keçirən-
lər mələklər deyildir, əslində
mükəmməl olmayan siyasi
prosesin iştirakçılarıdırlar”. Belə vəziyyətdə isə obyektiv--
subyektiv xarakterli nöqsanlara, “güclü olanların mükafat-
landırılmasına”, tam məlumata malik olmayan liderlərin
iradi “xoş niyyətlərinə” rast gəlinir ki, yalnız bunların qə-
tiyyətlə aradan qaldırılması, cəmiyyətin gələcək demokra-
tik inkişafına, daha yüksək templərlə irəliləməsinə təminat
verir.
Dostları ilə paylaş: