27
rarları (arzu, hökmü) ilə əvəz olunur. Müəyyən qanunlar
və bazar rəqabəti şəraitində fəaliyyət göstərən çoxsaylı ev
təsərrüfatları, şirkətlər, korporasiyalar nə istehsal etməkdə,
kimi işə qəbul etməkdə, satış bazarları seçməkdə sərbəst-
dirlər. Bu mənada bazar münasibətləri iqtisadi sistemində
mürəkkəb qarşılıqlı əlaqələrdə olan ev təsərrüfatları və
şirkətlər sanki A.Simitin adı ilə bağlı “gözəgörünməz əl”
tərəfindən idarə olunaraq, tədricən onların fəaliyyətini
arzu etdikləri nəticələrə doğru yönəldilir. Həmin prosesdə
qiymət amili çox mühüm bir rol oynadığından, dövlətin
müxtəlif iqtisadi, inzibati yollarla bu işə müdaxiləsi, şüb-
həsiz bazar iqtisadiyyatının normal fəaliyyətinə müəyyən
əngəllər törədir. Çünki bazar iqtisadiyyatı çoxsaylı ailə
təsərrüfatları və şirkətlərin verdikləri müstəqil qərar əsa-
sında fəaliyyət göstərən, eyni zamanda mövcud sərvətləri
(iqtisadi resursları) bölüşdürən bir sistemdir. Lakin müasir
daxili-xarici əlaqələr sisteminin mürəkkəbləşdiyi, iqtisadi
inteqrasiya proseslərinin genişlənib-dərinləşdiyi, qlobal-
laşma istiqamətində vahid dünya təsərrüfat sisteminin for-
malaşdığı bir şəraitdə hakimiyyət orqanlarının dövlət tən-
zimlənməsinin müxtəlif formalarından müəyyən hüdudlar
çərçivəsində istifadə etməsi, tamamilə təbii və məqsədə-
uyğundur.
Dostları ilə paylaş: