Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


b) Keynsçilik istiqaməti



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə37/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   160
Mikroiqtisadiyyat (1)

b)
Keynsçilik istiqaməti
iqtisadi elimdə XX əsrin 
30-cu illərində, 1929-1933-cü illərdəki dünya iqtisadi böh-
ranı şəraitində meydana çıxmış elmi-nəzəri təlim olub, 
ingilis iqtisadçısı 
Con Meynard Keynsin
(1883-1946) adı 
ilə bağlıdır. O illərdə sərbəst bazar münasibətləri iqtisadi 
sisteminin “özünü tənzimləyə bilməsi” haqqında neoklas-
sik ideyalar, yaranmış böhranın əsl səbəblərini izah edə 
bilmir və ən başlıcası isə ondan çıxış yollarını tapa bil-
mirdi. 
Belə bir tarixi şəraitdə C.M.Keyns “iqtisadiyyatın 
dövlət tənzimlənməsi” konsepsiyasını irəli sürüb əsaslan-
dırmışdı. İqtisadiyyatda baş verən yeni proseslər və pers-
pektiv meyllərə dair keynsçi ideyalar, onun “
Məşğullu-
ğun, faizin və pulun ümumi nəzəriyyəsi” 
(1936) kitabın-
da hərtərəfli təhlil olunmuşdur. O göstərirdi ki, daxili-xari-
ci təsərrüfat əlaqələrinin mürəkkəbləşdiyi bir şəraitdə sər-
bəst bazar vasitəsilə məşğulluq, maliyyə resurslarından sə-
mərəli istifadə, iqtisadiyyatın dinamik inkişafını təmin 
etmək mümkün deyildir. Ona görə də iqtisadiyyatda bazar 
münasibətləri prinsiplərini saxlamaqla yanaşı, bu münasi-
bətlər sistemini hökmən tənzimləmək
 
lazımdır. Bu məna-
da C.Keynsin iqtisadi təlimi dövlət tənzimlənməsi sistemi-
nə əsaslanan 
makroiqtisadi
nəzəriyyədir. 
Bu nəzəriyyənin mahiyyəti və yeniliyi aşağıdakılar-
dan ibarətdir: 
-
cəmiyyət miqyasında səmərəli məcmu tələbin for-
malaşması və dövlətin iqtisadiyyatı tənzimlənməsi siyasəti 
əsasında, ölkədə məşğulluğun səviyyəsini yüksəltmək; 
-
iqtisadiyyata investisiyalar yönəldilməsini güclən-
dirmək yolu ilə əldə edilən gəlirin istehsalın müxtəlif sa-


73 
hələrinin yüksək templərlə artımına nail olmaq; 
-
dövlətin düşünülmüş maliyyə, pul-kredit, bank faiz 
dərəcələri çevik siyasəti ilə ölkədə ictimai işlərə yönəldi-
lən investisiyaların həcmini artırmaq, dövlət sifarişləri 
təcrübəsindən faydalanmaq, kreditlərə görə faizləri aşağı 
salmaq, yeni iş yerləri açmaq, əhalinin aztəminatlı hissəsi-
nin qayğılarının dövlətin öz üzərinə götürməsi əsaslan-
dırılmışdır. 
Keynsin nəzəri konsepsiyasında 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin