84
insanların iqtisadi fəaliyyət azadlığının pozulması kimi
qiymətləndirmiş və bu rolu yalnız əhalinin sosial müda-
fiəsi sahəsində zəruri saymışdır. Müəllif hesab edirdi ki,
cəmiyyətin yenidən qurulmasının təşkili və onun inkişafı
“plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül
yolu ilə baş verir”. Ona görə də iqtisad elmi insanların mə-
nafeyi naminə cəmiyyətin “iqtisadi ehtiyatlarından (re-
surslarından) daha səmərəli istifadə edilməsi problemləri-
nin tədqiqi ilə məşğul olmalıdır” .
J.Pyuef (Fransa), Keynisin iqtisadiyyatın dövlət tən-
zimlənməsi ideyasının əleyhinə çıxmış, azad bazar qiy-
mətlərini iqtisadiyyatı tarazlayan amil hesab etmiş, iqtisa-
di hadisələrin kəmiyyət-keyfiyyət cəhətlərinin əlaqəli
təhlilində riyazi modelləşdirmədən istifadə etmiş, əmək
haqqının aşağı olmasının təkrar istehsal prosesini pozdu-
ğunu, işsizliyi artırdığını, sosial problemləri kəskinləşdiyi-
ni nəzərə çatdıraraq, cəmiyyətdə tarazlığın yaradılması na-
minə, sərbəst bazarla yanaşı, indikativ (tövsiyə) xarakterli
planlarının olmasını da məqsədəuyğun saymışlar.
Dostları ilə paylaş: