Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə34/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   48
Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.  Təhsilin  mahiyyətini təhlil et. 

2.  Təhsilin tərkib hissələri. 

3.  Mədəniyyət və incəsənət  müəssisələrində peşə kursları. 



 

 

 

 

 

 

 

 

 

 

 


TƏLİM  PROSESİ 

 

Təlimə  ayrı-ayrı  pedaqogika  dərsliklərində  müxtəlif  tərif  verilmişdir.  Məsələn  bir  dərslikdə  təlim 

müəllimin  rəhbərliyi  və  müvafiq  vasitələrin  köməyi  ilə  şagirdin  həyatı,  dərk  etməsi  prosesi  kimi  təhlil 

olunmuşdur.  Digərində  təlim  müəllim  fəaliyyəti  ilə  şagird  fəaliyyətini  həm  də  ümumi  bir  məqsədə  – 

şagirdəlri  bilik,  bacarıq  və  vərdişlərlə  silahlandırmaq,  onları  inkişaf  etdirib  tərbiyələndirmək  məqsədinə 

doğru  yönəlmiş  olan  bu  fəaliyyətlərin  mürəkkəb  bir  vəhdəti  kimi  verilmişdir.  Bir  başqasında  təlim 

müəllimin rəhbərliyi ilə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesi kimi verilmişdir və s.  

Bütün bunların hamısında ümumi bir cəhət – şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi cəhəti 

mövcuddur.  Deməli,  təlim  şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməsi  prosesidir.  Mövcud 

dərsliklərin  əksəriyyəti  orta  ümumtəhsil  məktəbləri  üçün  tərtib  olunduğundan  verilən  misalların  hamısı 

şagirdlərin üzərində, orta məktəb materialları əsasında qurulmuşdu. Bu bütün öyrənmə imkanı, tələbi olan 

proseslərin hamısı üçün ümumi bazadır, əsasdır.  

Bildiyimiz  kimi digər tərəfdən təlim obyektiv aləmin dərk etdirilməsidir. Dərk etdirmə və dərk etmə 

sistemli  şəkildə  təlim  müəssisələrində  aparılmaqla  yanaşı  təlimdənkanar  müəssisələrdə  də  –  mədəniyyət 

müəssisləri,  ailə,  uşaq  evləri,  yenidən  tərbiyə  müəssisələri,  istehsalat  müəssisləri  və  s.  də  aparılır.  Bu 

baxımdan təlimə ümumiyyətlə insanların həyatı dərk etməsi, zəruri bilik, bacarıq və vərdişlərə yiyələnməsi 

prosesi  kimi  də  baxmaq  olar.  Bilik,  təbiət,  cəmiyyət,  insan  təfəkkürü  haqqında  qaydalar,  qanunlar, 

qanunauyğynlyqlar  haqqındakı  faktlar,  məlumatlar  sistemidir.  Bu  faktlar  və  qanunauyğunluqlar  ayrı-ayrı 

elmlərin  tərkibində  birləşdirilib  sistemə  salınmışdır.  Müxtəlif  elm  sahələrinin  son  nəaliyyətləri  isə  tədris 

fənləri vasitəsilə böyüyən nəslə mənimsədilir. Bu fənlər vasitəsilə böyüyən nəsl təbiət və cəmiyyətin inkişaf 

qanunlarını dərk edirlər. Dərk edilmiş elmi məlumatlara uyğun olaraq fəaliyyət üsullarına yiyələnirlər. Elmi 

məlumatlara  yiyələnmə  prosesi  öyrənənin  həmçinin  təfəkkürünü  inkişaf  etdirir,  intellektual  səviyyəsini 

yüksəldir, beləliklə də elmi dünyagörüşün əsası qoyulur. Bu isə öz növbəsində insanlara təbiət və cəmiyyət 

hadisələrinə obyektiv münasibət bəsləmə imkanı verir. 

Bəzən  biliklə  elm    məfhumu    qarışdırılır  və  ya    eyniləşdirilir.  Bilik    bir  frdə    məxsusdur.  Yəni  

bəşəriyyətin əldə etmiş olduğu son elmi  nəaliyyətlərin  müəyyən  hissəsinin tək  – tək  fərdlər tərəfindən 

mənimsənilməsidir.  İnsanların  biliklərə  yiyələnməsi  həm  ümumi,  həm  də  xüsusi  olmaqla  iki  istiqamətdə 

aparılır. Beləki ümumtəhsil  məktəblərində mövcud  həyatın tələb etdiyi elmi  məlumatlar  mənimsədilir. Bu  

təlimalar  insanların  həyatda yaşaması, fəaliyyət göstərməsi, həm  özünün  həm də cəmiyyətin tələblərini 

təmin edən  biliklərdir, elmi  məlumatlara yiyələnmədir. Xüsusi biliklər isə peşəyə yiyələnməni əhatə edir. 

Yəni xalq təsərrüfatı, sənayenin bu və ya digər sahəsinə aid orta və ali səviyyədə biliklərə yiyələnmədir. Bu 

isə  xüsusi  təhsil  və  ali  təhsil  müəssisələrindəki  təlim    işini  əhatə  edir.  Orta  ixtisas  təhsili  verən  peşə 

məktəblərində  (seminariya,  kollec  və  s.)    seçilmiş  peşəyə  aid  sənaye    və  istehsalın  tələb  etdiyi  səviyyədə 

elmi biliklərə yiyələndirilir. Ali təhsil  müəssisələrində isə seçilmiş peşə üzrə daha dərin, hərtərəfli biliklər 

formalaşdırılır.  Elm  isə  bütün  bəşəriyyətə  mənsubdur.  O,  təbiət,  cəmiyyət  və  insan təfəkkürünə  aid  bütün 

obyektiv  inkişaf  qanunauyğunluqlarını  əhatə  edir.  Daha  doğrusu  elm  bəşəriyyətin  yarandığı  gündən  kəşf 

etdiyi, insanların gündəlik həyatda işlətdiyi və işlətmədiyi bütün elmi məlumatları əhatə edir. 

Biliklərə  yiyələnmə  insanların  bütün  fəaliyyəti  prosesində  gedir.  Beləki,  qeyd  etdik  ki,  elmlərin  son 

nəaliyyətləri böyüyən nəslə mənimsədilir, tədris fənlərinə daxil edilir. Elmi yeniliklər isə istehsal prosesində 

yaranır, istehsala tətbiq edilir. Məsələn, hər hansı bir zavodda (maşınqayırma, metallurgiya və s.) meydana 

çıxmış  səmərələşdirici  elmi  yenilik  əmək  məhsuldarlığının  inkişafına  xidmət  edir,  ona  görə  də  o,  digər 

sahələrə  də  tətbiq  edilir.  Bunun  tətbiq  edilməsi  isə  elmi-nəzəri  cəhətdən  əsaslandırılır  və  tətbiq  üçün 

cəmiyyətə  verilir.  Bu  yenilik  digər  sahələrə  tətbiq  edilməzdən  əvvəl  həmin  istehsal  sahələrində  çalışan 

şəxslər tərəfindən öyrənilir, mənimsənilir, dərk edilir. Yaxud da ki, pedaqoji prosesə aid hər hansı bir yenilik 

əvvəlcə pedaqoji prosesdə təsdiq olunur, onun səmərəliliyi pedaqoji prosesdə təsdiq edildikdən sonra elmə 

daxil edilir. Bu təsdiqləmə prosesi özü və təsdiqlənmiş elmi yeniliyi yenidən geniş mənada tətbiqpedaqoji 

proses  işçilərini  öyrənməyə  məcbur  edir.  Bu  öyrənmə  ikitərəfli  olur.  Beləki,  müəllim  həm  digər  elm 

sahələrindən  yenilikləri,  həm  də  pedaqoji  fəaliyyətindəki  yenilikləri  öyrənməlidir.  Bunu  ictimai  həyatın 

bütün sahələrinə aid etmək olar. Bu öyrənmə isə təkmilləşdirmə və ixtisas artırma, yeni  ixtisasa yiyələnmə 

kurslarında,  mədəniyyət  müəssisələrində  istehsal  prosesinin  özündə  təşkil  edilmiş  seriya  mülahizələr, 

seminarlarda  həyata  keçirilir.  Deməli  bilik,  yaşından  asılı  olmayaraq  bütün  insanların  elmi  məlumatlara, 

qayda, qanun, qanunauyğunluqlara yiyələnməsi prosesidir. 

Bacarıq biliklərin tətbiq edilməsidir. Bacarıqlar sistemli təlim müəssisələrində formalaşdırılır. Beləki, 

hər bir şagirdə öyrəndiyi elmi faktı tətbiq etmə bacarığı  formalaşdırılır. Məsələn, bədii əsəri oxuyub, nəql 

və ya təhlil etmə şagirdə şifahi nitq bacarığı, inşa yazmaq isə yazılı nitq bacarığı tərbiyə edir. Bacarıqlar öz 

məzmununa  görə  təlim  və  əmək  olmaqla  iki  qrupa  ayrılır:  inşa  yazı,  məsələ  və  misal  həll  etmə,  çertyoj  




çəkmək,  diaqramlar  düzəltmək,  fizikaya,  kimyaya  aid  təcrübələr  aparmaq  təlim  bacarığına  aiddir.  Bitki 

becərmək,  ağaclar  üzərində  iş  aparmaq  (peyvənd,  çoxaltmaq  və  s.),  heyvanlara  qulluq  etmək,  dülgərlik, 

xarratlıq emalatxanalarında işləmək, biçmək, tikmək və s. əmək bacarıqlarına aiddir.  

Orta  ümumtəhsil  məktəblərində  yaradılan  bu  bacarıqlar  böyüyən  nəslin  ümumiyyətlə  həyata 

hazırlanması  məqsədinə  xidmət  edir.  Beləki,  bacarıqlar  öyrənilən  biliklərin  həyati  əhəmiyyətinin  dərk 

edilməsinə, biliklərin şüurlu və səmərəli mənimsənilməsinə imkan yaradır. 

Təlim bacarıqları həm də əmək bacarıqlarının şüurlu və səmərəliyini təmin edir. Həmçinin yaradılmış 

bacarıqlar gənclərə şüurlu peşə seçməkdə kömək edir. Beləki, bu proses yeniyetmə və gəncə özünün həm 

dərk  etmə  qabiliyyətini  həm  də  əmək  qabiliyyətinin  mənzərəsini  yaradır,  bu  isə  hər  kəsə  peşə  seçməyə 

şüurlu  yanaşma  imkanı  verir.  Seçilmiş  sahələr, ixtisaslar  üzrə  isə  artıq  xüsusi biliklər  verilir.  Bu  biliklərə 

uyğun ixtisas bacarıqları isə gənclərin həmin sahədə hələ orta məktəbdə malik olduğu bacarıqlar əsasında 

yaradılır. Məsələn, incəsənət sahəsində ixtisaslaşma zamanı hələ orta məktəbdən gənclərdə formalaşdırılmış 

ifadəli oxu, avazla şer demək, musiqi dinləmək, musiqi alətlərində ifa etmək, dram əsərlərini səhnələşdirmə, 

çəkmə, yonma, ağac və metal üzərində işləmə və s. bacarıqlarına istinad edilir. Artıq formalaşmış olan bu 

bacarıqlar  həm  sistemli  təlimin  müxtəlif  mərhələlərində,  həm  də  fəaliyyət  prosesində  yeni  bacarıqların 

yaranmasına səbəb olur.  Təlimin müvəffəqiyyətində bilik və bacarıqlar kimi vərdişlər də əhəmiyyətli yer 

tutur. 

Vərdişlər  bacarıqların  dəfələrlə  təkrarı  nəticəsində  avtomatlaşmış  formasıdır.  Bacarıqların  icrası 

zamanı  insan  düşünə-düşünə,  iradi  cəhətdən  gərginliklə  işləyir.  Vərdişlər  zamanı  isə  eyni  hərəkət,  iş 

dəfələrlə  təkrar  etdirildiyindən  beyin  qabığında  yaranmış  müvəqqəti  rabitələr  əsasında  avtomatlaşır.  Ona 

görə  də  həmin  fəaliyyət  düşüncə  və  diqqətin  gərgin  nəzarəti  olmadan  icra  edilir.  Məsələn,  vurma  cədvəli 

əzbərlənərkən eyni ədədin müxtəlif sayda toplusunu dərk etmə müəyyən dərəcədə çətinliklə aparılır. Lakin 

həmin cədvəl dəfələrlə əzbərləndikdən və məsələ, misal həllinə tətbiq edildikdən sonra vərdişə çevrilir, (tək) 

rəqəmlərin vurulması insanlar üçün avtomatlaşmış vərdiş olur. Belə misalı fəaliyyətin bütün sahələrinə aid 

etmək  olar.  Vərdişlər  mövcud  bacarıqlar  əsasında  yaradılır,  hər  bir  elmi  məlumat  əvvəlcə  bacarığa  sonra 

vərdişə  çevrilir.  Lakin  bütün  bacarıqlar  hamısı  vərdişə  çevrilmir.  Məsələn,  məsələ  həll  etmə,  inşa  yazma, 

biçmə və s.  kimi bacarıqlar nə qədər çox təkrar edilsə də vərdişə çevrilmir, çünki, hər məsələnin öz həlli 

yolları, məqsədi və s. vardır. Biçmə hər zaman ölçüdə aparılır. Şer demə onun məzmunundan asılı olaraq 

dəyişir. Şəkil çəkmə məqsəddən asılı olaraq müxtəlifləşir və s.  

Vərdişlər də təlim və əmək olmaqla iki yerə ayrılır: sürətli oxu və yazı, şiffahi hesablama və s. təlim, 

tikmək, toxumaq, ölçmək və s. əmək vərdişlərinə aiddir. Vərdişlərin istər təlim fəaliyyəti və istərsə də əmək 

fəaliyyətində  böyük  əhəmiyyəti  vardır.  Beləki,  vərdişlər: fəaliyyətin  düzgün  və  sürətli icrasını  təmin  edir; 

vaxta qənaət edir: fəaliyyət prosesində şüuru gərginlikdən azad edir; diqqətin eyni zamanda başqa sahələr 

üzərinə yönəldilməsinə imkan yaradır.  

Təlim və əmək vərdişləri həm təlim, həm də fəaliyyətin səmərəliliyini artırır, onların müvəffəqiyyətli 

davamı  və  inkişafına  kömək  edir.  Hər  bir  vərdiş  bacarıqlar  əsasında  əmələ  gəldiyi  kimi  həm  də  yeni 

bacarıqlar  yaranmasına  səbəb  olur.  Məsələn,  sürətli  oxu  vərdişi  olmadan  kitab  üzərində  müstəqil  çalışma 

bacarığı; ağacı mişarlama, rəndələmə, hamarlama və s. vərdişləri olmadan ağac üzərində nə dülgərlik nə də 

oyma bəzək işləri aparma bacarığı və s. yaratmaq olmaz.  

Göründüyü  kimi  bilik,  bacarıq  və  vərdişlər  bir-birilə  sıx  əlaqədədir,  biri  digərinin  mövcudluğu  və 

inkişafını təimn edir. İstər təlim fəaliyyəti istərsə də insanların digər istehsal fəaliyyətlərində elmi bilikləri 

mənimsəmə və bunlara müvafiq bacarıq və vərdişlərə yiyələnmə həyati əhəmiyyət kəsb edir. 

Təlim prosesinin elmi əsasları. 

Təlim elmi cəhətdən obyektiv aləmin insan şüurunda fəal, canlı əks etdirən idrak nəzəriyyəsinə istinad 

edir.  İnsandan  asılı  olmayaraq  onu  əhatə edən  hadisələr,  faktlar,  əşyalar obyektiv  aləmdir.  Həmin  fakt  və 

hadisələr onların arasındakı əlaqələr, münasibətlər, qanunlar idrak prosesi vasitəsilə şüurda əks olunur. İdrak 

obyektiv olanın insanın subyektiv şəkildə dərk etməsi, şüurunda əksini yaratmasıdır. Dərk etmə isə həqiqətə 

doğru  irəliləmə  prosesidir,  biliksizlikdən  bilikliliyə  doğru  irəlləmədir.  Bu  həm  də  təlim  prosesinin 

mahiyyətini təşkil edir. Təlim prosesində yeni-yeni, getdikcə mürəkkəbləşən biliklərə yiyələnilir, yeni elmi 

faktlar «kəşf» edilir. Öyrənmə prosesində təlim zamanı öyrənən az dərin dərk etmədən bilikləri daha dərin, 

dolğun, yüksək səviyyədə dərk etməyə doğru gedir. Bu dərk etmə prosesi özü də dərk edilən obyektiv aləm 

kimi  ziddiyətli  və  mürəkkəbdir.  İdrakın  dialektikliyi  və  mürəkkəbliyi  onun  daxili  ziddiyətində  özünü 

göstərir. Obyektiv aləm hadisələrinin, əşya və faktları öz daxili inkişafı vəziyyətində, inkişafda olduğu kimi 

canlı şəkildə dərk edilməsi, elə həmin hadisələrin, faktların, əşya və proseslərin əksiklərin vəhdəti kimi dərk 

edilməsidir.  Təbiətin  dərk  edilməsi  ziddiyyətli  inkişafda  baş  verir,  ziddiyyətli  proseslərin  qavranılması, 

ziddiyyətlərin  aradan  qaldırılması  kimi  həyata  keçirilir.  Maddi  aləmin,  ziddiyyətli  obyektiv  aləm 

qanunauyğunluqlarının  dərk  edilməsindən  ibarət  olan  təlim  prosesi  də  ziddiyyətdə,  inkişafda,  dəyişmədə 



olan bir prosesdir. Öyrədən mənimsətməyə çalışdığı hər bir elmi həqiqəti sadə yolla, hazır şəkildə deyil elmi 

idraka  əsaslanan  axtarışlar  kimi  aydınlaşdırılmalıdır,  öyrənmə  prosesində  idrak  intuisiya  və  təxəyyülə, 

mühakiməyə,  mücərrədləşdirməyə,  induksiya,  deduksiya,  mühakiməyə  istinad  edir.  Psixofizioloji  və 

pedaqoji tədqiqatlar əsasında sübut edilmişdir ki, şagirdin, ümuiyyətlə öyrənənin malik olduğu təcrübə və 

biliklərlə, yəni onların malik olduqları intellektual imkanla həll edəcəkləri idrakı iş, aydınlaşdıracaqları elmi 

faktlar arasındakı ziddiyyət idrak ziddiyyətlərini təşkil edir. Bu prosesdə şagird, tələbə axtarış aparır, zehni 

və iradi qüvvələrini səfərbər edərək mövcud problemi həll etməyə çalışır.  

Təlimin  əsas  hərəkətverici  qüvvəsini  daim  artan  və  mürəkkəbləşən  tələblərlə  öyrənənin  imkanları 

arasındakı  ziddiyyət  təşkil  edir.  Bu  ziddiyyətlər  isə  özünü    keçmiş  bilik  səviyyəsi  ilə  yeni  biliyin 

mənimsənilməsində məlum biliklərdən istifadə bacarığında, təlimə münasibətdə, öyrənməyə təlabatda və s. 

göstərir.  Ziddiyyətlər  bütün  tədris  prosesində  mövcud  olduğu  üçün  təlimin  hərəkətverici  qüvvəsi  hesab 

edilir. Hər dəfə yeni biliklər öyrənmə tələbi, dərk etmə motivləri getdikcə mürəkkəbləşən təlim tələbləri və 

bu təlim tələbləri ilə əvvəlcə öyrənilmiş məlum biliklər ziddiyyət təşkil edir ki, bu ziddiyyət nəticəsində də 

biliksizlikdən  biliyə  doğru  inkişaf  prosesi  baş  verir.  Təlimin  bu  ziddiyyətliliyi  yaşından  və  yerindən  asılı 

olmayaraq  öyrənmə  motivləri,  tələbləri  olan  bütün  sahələrdə  mövcuddur.  Beləki,  mədəniyyət 

müəssisələrində  aparılan  təlim  xarakterli  öyrədici  məşğələlər,  xüsüsi  təlim  kursları,  təkmilləşdirmə  və 

ixtisasartırma kurslarında bu ziddiyyət özünü daha aydın biruzə verir. Məsələn, məlumdur ki, hər bir elmi 

yenilik ilk növbədə istehsalalata tətbiq olunur. Bu tətbiq etmə xüsusitəlim məşğələlərində, ixtisasartırma və 

s. kurslar və ya məşğələlərdə aparılır. Bu zaman köhnə istehsal sisteminin elmi əsaslarına yiyələnmiş işçinin 

(mühəndis,  usta,  fəhlə)  məlum  bilikləri  və  təcrübəsi  ilə  yeni  məlumat  arasında  yeni  ziddiyət  yaranır.  Bu 

ziddiyyəti  aradan  qaldırmaq  üçün  işçi  ona  məlum  biliklər  arasından  yeni  ilə  bağlı  olanı  seçir,  yeni 

məlumatlarla əlaqələndirir, yenini tətbiq etmə, səmərəli şəkildə istehsalla əlaqələndirmə sahəsini tapır. Bu 

zaman biliklərə yiyələnmə motivi daha real və şüurlu olur, çünki, müəyyən mənada bundan işçinin həyatı 

asılı olur, deməli hərəkət verici ziddiyyət əsasında biliksizlikdən biliyə keçmə kimi dərin, mürəkkəb və incə 

bir proses baş verir. 

İdrak  nəzəriyyəsi  vasitəsilə  dərk  etmənin  strukturu  aşkar  edilir,  onun  kompanentləri  arasındakı 

qanunauyğun  əlaqələr  təlim  prosesində,  dərk  etmədə  bu  əlaqələrin  əhəmiyyəti  müəyyən  edilir.  Hələ  kiçik 

yaşlarından məktəblilər ümumiləşdirilmiş bilikləri qavraya bilir, ümumiləşdirilmələr vasitəsilə həm biliklərə 

yiyələnir,  həm  də  ümumi  inkişaf  üçün  qısa  və  səmərəli  yol  seçir.  Lakin  hər  zaman  canlı,  əyani,  konkret 

hadisələr mücərrəd təfəkkürü zənginləşdirir. Bu isə ümumi inkişaf üçün xüsusi əhəmiyyətə malikdir. 

İdraki fəaliyyət idraka daxil olan çoxsaylı, müxtəlif məzmunlu, materiallarsız, canlı obrazlı təsəvvürsüz 

mümkün deyildir. 

Təlim idrakında induksiya və deduksiyanın vasitəsiz və vasitəli yollarından istifadə edilir.  

Təlimin, dərk etmənin  ən səmərəli vasitələrindən biri onun təcrübə ilə əlaqələndirilməsidir. Bu təlim 

işində xüsusi metodolooji prinsipdir. Beləki, təlim insanların geniş ictimai təcrübəsindən təcrid edilə bilməz. 

Məhz  təlim  prosesində  insanlar  dərk  edirlər  ki,  hər  bir  idrakın  son  məqsədi  təbii  əşya  və  hadisələri  dərk 

edərək  ona  yiyələnmədir.  Təlimin  ictimai  və  şəxsi  təcrübəyə  əsaslanması  onu  maraqlı  və  səmərəli  edir. 

Təcrübə  biliklərin  tətbiq  edilməsi  ilə  daha  çox  bağlıdır.  Bu  prosesdə  həm  bacarıqlar  təsbit  edilir,  həm 

biliklər möhkəmlənir, biliklərin doğruluğu yoxlanılır, həm də elmin fəaliyyət üsulları mənimsənilir.  

Təlim öyrətmək, inkişaf etdirmək və tərbiyələndirmək vəzifələrini yerinə yetirir. 

Müasir dövrdə təlimə verilən tələblər və yanaşmalar çoxcəhətlidir. 

Çünki hazırki dövrdə təlim nəzəriyyəsi və təcrübəsi müxtəlif şəraitdə inkişaf edir. Elm və texnikanın 

yüksək inkişaf etdiyi indiki vəziyyət məktəb üçün elmi materiallar üzərində düşünməyə məcbur edir. Elmi 

inkişafla yanaşı insan özü, onun istehsalata münasibəti, əxlaqi-etik görüşləri də dəyişmişdir. Müasir uşaqlar 

da öz yaş səviyyələrinə görə əvvəlki eyni yaşlı uşaqlara nisbətən yüksək şəkildə inkişaf etmişdir. Ona görə 

də  təhsil  alanların  yaş  və  fərdi  xüsusiyyətlərinə,  inkişaf  tempinə  uyğun  olan,  yaradıcılıq  qabiliyyətlərini 

inkişaf etdirən, ümumi inkişafını daha səmərəli şəkildə təmin edən yanaşmalar meydana çıxmağa başladı. 

Belə yanaşmalardan biri də proqramlaşdırılmış  təlim idi.  

Proqramlaşdırılmış  təlim  ideyası  kibernetikanın  inkişafı  ilə  meydana  gəlmişdir.  Bu  təlimi  ilk  dəfə 

Amerika  psixoloq  və  pedaqoqları  S.Pressi,  B.Skinner,  D.  Evans,  N.  Krauder  hazırlamışlar. 

Proqramlaşdırılmış təlimin əsasını materialın məzmununun lüzumsuz şeylərdən təmizlənməsi təşkil edir. 

Öyrədilən materialın məzmunu hissələrə ayrılır, hər hissənin icrası üzrə öyrənən (şagird və ya tələbə, 

işçi) xüsusi tapşırıq alır, yerinə yetirilən tapşırıq möhkəmləndirilir, sonra digər hissə yerinə yetirilir, səhvə 

yol verildikdə yeni izahat verilir və səhv edilən hissə yenidən yerinə yetirilir. Bu addım-addım irəlləmədə 

öyrədən üçün xarici, öyrənən üçün isə daxili əks əlaqə yaranır. 

Proqramlaşdırılmış təlim tədris maierialının nizamlanmış şəkildə etibarlı öyrənmə vasitəsi, öyrənənin müstəqil 

öyrənmə fəaliyyətidir. Bu prosesdə bütün təlim vasitələri, dərsliklər, cihazlar, texniki vasitələr öyrədən və öyrənənin 



köməkçisi rolunu oynayırlar,köməkçi kimi çıxış edirlər. Təlimin bu növündə əsas məqsəd az vaxt  ərzində daha çox 

material  mənimsətməkdən  ibarətdir.  Proqramlaşdırılmış  təlim  zamanı  proqramlar  əvvəlcədən  tərtib  edilir,  həmin 

proqramda aralıq və son nəticələr və nəticələrə gəlmə prosesi ardıcıl şəkildə verilir. 

Proqramlaşdırılmış  təlimin  ənənəvi  təlimdən  üstünlüyü  ondan  ibarətdir  ki,  öyrədiləcək  məlumatın 

bütün  ayrılmış  hissələri  öyrənənlərin  hər  birinin  idrakı  fəaliyyəti  ilə  əlaqələndirilir,  tədris  materiallarının 

hafizədə möhkəmləndirilməsinə artıq xüsusi vaxt ayrılmır. İdraki fəaliyyət elə sistemlə qurulur ki, materialın 

möhkəmləndirilməsi öyrənmə prosesində həyata keçirilir. Lakin bu təlim müsbət keyfiyyətlərlə yanaşı bir 

çox  nöqsanlara  da  malikdir.  Beləki,  proqramlaşdırılmış  təlim  öyrənənlərin  bacarıq  və  vərdişlərini  inkişaf 

etdirib,  təkmilləşdirdiyi  halda  nəzəri  məlumatların  hərtərəfli  və  əhatəli  şəkildə  mənimsənilməsini  təmin 

etmir, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmir, təşəbbüskarlığa imkan yaratmır, fəaliyyəti dar, proqram 

çərçivəsində saxlayır. 

Müasir pedaqogikada alqoritmləşdirilmiş təlim də xüsusi əhəmiyyətə malikdir. Alqoritm müəyyən tipə 

aid idraki və əməli vəzifələrin məntiqi ardıcıllıqla yerinə yetirilməsidir. Alqoritm prosesində bir və ya silsilə 

məsələlərin  həlli  ən  sadə  addımlarla  icra  edilir  və  hökmən  düzgün  nəticəyə  gətirilir.  Təlim  alqoritmi 

öyrənənin  məntiqi  fəaliyyətinin  məntiqi  quruluşunu  üzə  çıxarır,  məntiqi  düşünməyə  istiqamət  verir, 

təfəkkürə,  düşünməyə  takan  verir.  Məsələn,  müxtəlif  mərhələlərdə  riyaziyyatda  çoxlu  alqoritmlərdən 

istifadə edilir. Dilin öyrənilməsi, təhlili və tədqiqi alqoritmlə aparılır. Alqoritmli təlim ən çox mədəniyyət 

müəssisələrində,  dərnək  təlimi  məşğələlərində,  yaradıcılıq  birliklərində,  xüsusi  təkmilləşdirmə  və 

ixtisasartırma kurslarında tətbiq edilir. 

Lakin  təlim  prosesində  bütün  materialları  alqoritmləşdirmək  mümkün  deyildir  və  buna  imkan  da 

yoxdur.  Təlimdə  alqoritmləşdirmə,  müəyyən  mənada  qiymətli  yanaşmadır.  Bu  zaman  öyrənən  özlərinin 

zehni və əməli fəaliyyətlərini ifadə etmə vasitələri ilə silahlandırılırlar,onlar özlərinin bilik və fəaliyyətlərini 

tətbiq etməklə təsdiq edirlər 

Problemli təlim də pedaqoji tərəqqinin tərkib hissələrindən biridir. Bu təlimin inkişaf etmiş nəaliyyəti 

hesab  olunur.  Ənənəvi  təlimə  görə  öyrədilən  material  öyrənənlərə  hazır  şəkildə,  onların  idrakına  heç  bir 

tapşırıq vermədən, daha doğrusu öyrənənlər heç idraki bir çətinliyə salınmadan verilirdi. Bu isə müasir təlim 

qarşısında qoyulmuş vəzifələrin,  ümumi inkişafın tələblərinə cavab vermirdi. Problemli təlimin pmahiyyəti 

ondan ibarətdir ki, öyrədiləcək hər hansı elmi məlumat öyrənənlər qarşısında həll edilməli problem şəklində 

qoyulmalı, öyrənənlərin (şagird, tələbə, kursant, dərnək üzvü və s.)həmin problemlərin həllinə cəlb edilməli, 

qoşulmalıdır. Bu zaman öyrənənlərdə yeni materiallarla bablı olan əvvəlki məlum həqiqətlər üzə çıxarılaraq 

yeni  ilə  əlaqələndirilir,  məlum  olmayan  həqiqəti  üzə  çıxarmaq  üçün  araşdırmalar  aparılır.  Öyrənilən  yeni 

bilik  öyrədənin  rəhbərliyi  ilə  elə  tədqiqatçılıq  araşdırıcılıqla  aparılır  ki,  yeni  öyrənənlərin  «kəşfi»  kimi 

meydana çıxır. Problemli təlim prosesində öyrənənlərin idraki fəallığı artır, məntiqi təfəkkürü inkişaf edir, 

tədqiqatçılıq  və  yaradıcılıq  qabiliyyətləri  inkişaf  edir,  hadisələrə  yanaşma  tərzi  elmi  şəkil  alır,  problemi 

görmək, dərk etmək, həlli yollarını axtarma bacarığı formalaşır, müstəqil işləmə bacarığı tərbiyə olunur. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin