Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə33/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   48
Müstəqil iş üçün sual və tapşırıqlar: 

1. Didaktikanın  mahiyyətini izah et. 

2. Didaktik kateqoriyaları təhlil et. 

3. Gələcək fəaliyyət sahədə didaktik məşğələləri təhlil et. 



 

 

 

 

 

 

 

 

 

 

 

 


TƏHSİLİN  MƏZMUNU 

 

Müxtəlif  dövrlərdə,  müxtəlif  pedaqoqika  dərsliklərində  təhsilə  müxtəlif  yanaşmalar  olub,  müxtəlif 

təriflər  verilib.  Mövcud  pedaqoqika  dərsliklərini  və    təhsilə  olan  münasibətləri  təhlil  etdikdən  sonra 

N.M.Kazımovun təhsilə  münasibətini aktual hesab edirik və onun  təhsilə verdiyi tərifi əsas götürürük. 

Xalq təsərrüfatının tərkib hissəsi kimi, müvafiq  tədris müəssisələrində müəyyən müddətdə  öyrənilən, 

tərbiyə və  inkişaf imkanına malik olan, təlimin həm zəruri  şərti; həm də  nəticəsi olan biliklər, bacarıq və  

vərdişlər sistemi təhsildir. 

Lakin,  bu    tərifdə  təhsil  xalq  təsərrüfatının  tərkib  hissəsi    hesab    edildiyi  halda    təkcə    tədris  

müəssələrində bilik, bacarıq və  vərdişlərə  yiyələnmə sistemi kimi  verilib. Halbuki, istehsal müəssələrinin  

özündə, mədəniyyət müəssələrində də və diğər qeyri  təhsil müəssələrində də  bilik, bajarıq və vərdişlərə 

yiyələnmə mövcuddur. Məsələn peşə təhsili xüsusi təhsil müəssələri ilə yanaşı mədəniyyət müəssələrində, 

elmi – tədqiqat müəssələrində də verilir və s. 

Təhsil onun məzmunu, formaları, məqsədi cəmiyyətin iqtisadi -  ictimai inkişafı ilə bağlı olaraq inkişaf  

edir və  dəyişir, o cəmiyyətin, əsasən iqtisadi tələbləri ilə  müəyyən edilir. 

Pedaqoqika tarixində  təhsil haqqında iki  səhv nəzəriyyə mövcud  olmuşdur: maddi və  formal təhsil 

nəzəriyyələri. 

Formal  təhsil  nəzəriyyəçilərinin  fikrincə  təhsil  böyüyən  nəslin,  təhsil    ananların  anjaq    zehni 

qabiliyyətlərini inkişaf  etdirməlidir. Onların fikrinjə zehni  cəhətdən yüksək  inkişaf  etmiş hər bir  şəxs öz  

zehni  məlumat və  qabiliyyətlərindən  həyatda  müstəqil  şəkildə lazım olan yerdə  istifadə edə  bilərlər. 

Formal  təhsil  nəzəriyyəsi  texniki inkişafda əsaslanan  istehsalın  tələblərini ödəmədiyi üçün onun əleyhinə 

olaraq maddi təhsil  nəzəriyyəsi meydana çıxdı. Maddi təhsil  nəzəriyyəçiləri isə iddia  edirdilər ki, böyüyən 

nəslə,  uşaqlara  ancaq  onların  gələcək    fəaliyyət    sahəsinin    tələb  etdiyi  elmi    məlumatlar  öyrədilməlidir. 

Digər  elmi    məlumatlar,  bacarıq  və  vərdişləri  isə  hər  kəs  özü  lazım    olduqda    mənimsəyə  bilərlər.  Onlar  

böyüyən nəslin hər tərəfli inkişafında  zehni qabiliyyətlərin inkişaf  etdirilməsini nəzərə almır, onu ikinçi 

dərəcəli iş, insanların öz şəxsi işi hesab  edirdilər. Lakin  materialist  nəzəriyyəyə  istinad edən  müasir təhsil  

nəzəriyyəsi ayrılıqda həm maddi, həm də  formal  nəzəriyyəni inkar edir. Çünki  müasir inkişaf  səviyyəsi, 

ictimai  iqtisadi    quruluş  böyüyən  nəslin  hərtərəfli  inkişafını  tələb  edir.  Yəni  böyüyən  nəslin  həm    zehni 

qabiliyyətləri  inkişaf    etdirilməli,  həm  də  onlarda  maddi    istehsalla  bağlı  bilik,  bacarıq  və  vərdişlər  

formalaşdırılmalıdır. Ona görə də  təhsil   ümumi, politexnik və peşə  təhsilləri  olmaqla üc hissəyə ayrılır. 

Təhsilin bu tərkib  hissələri  bir birilə  qarşılıqlı əlaqədə olub biri digərinin  mövcudluğu ücün zəmin, əsas 

rolunu oynayır. 

Ümumi təhsil 

         Ümumi  təhsil  böyüyən  nəslin  seçəcəyi  peşədən    asılı  olmayaraq  həyatın  bütün  sahələri  üçün 

zəruri olan  biliklərə  yiyələndirir və onlarda fəaliyyət üçün əsas  olan bacarıq və  vərdişlər formalaşdırır. 

Öyrədiləcək  elmi  biliklər  elmlərin  son    nəaliyyətlərini  əhatə  edir.  Ümumi    təhsilin      tərkibinə  daxil  olan 

fənlər  üç  əsas qrupa  ayrılır: təbii, humanitar, əmək və fiziki inkişaf  fənləri: 

Təbii fənlərin  tərkibinə  riyaziyyat, fizika, kimya, bioloqiya və s. daxildir. 

Bu  fənlər  vasitəsilə təbiət  hadisələrinin  obyektiv  inkişaf qanunauyğunluqları və onlardan  insanların 

xeyrinə    istifadə    yolları  haqqında  elmi    məlumatlar  verilir.  Bu  təbii  və  riyazi  biliklərin    öyrədilməsi  

vasitəsilə    böyüyən  nəslin      təfəkkürü,  ümumiyyətlə  idrakı  inkişaf    etdirilir.  Bu  təbii    elmlərin  tədrisi  

prosesində həmçinin hər bir öyrənilən elmi  məlumata aid zəruri bacarıq və vərdişlər  formalaşdırılır. 

Humanitar  fənlərin  tədrisi    vasitəsi  ilə  isə    böyüyən  nəsl    cəmiyyətin  obyektiv  inkişaf  qanunlarını, 

insanların  sosial    təbiətini    öyrənib  dərk  edir.  Humanitar  fənlərə    tarix,  ədəbiyyat,  cöğrafiya,  ana  dilləri, 

xarici dil, və s. daxildir. Bu fənlərin hər biri  uşaqlara cəmiyyət hadisələrinin konkret  bir sahəsi haqqında 

elmi  məlumat  verir.  Məsələn  tarix  dərsləridə  hər  kəs  həm    öz  xalqının,  həm  də  başqa  xalqların  tarixi  

kesmişini, dil  dərslərində dilin tərkib  hissələri, qrammatik qada –qanunları və s. mənimsəyir. Ədəbiyyət, 

musiqi, təsviri  sənət dərsləri  uşaqların  estetik hiss və  zövqlərini  formalaşdırır, onlara ğözəllik qanunlarını 

dərk etdirir,  yaradıcılıq  qabiliyyətlərini inkişaf  etdirir. 

Bədən tərbiyəsi, əmək  təlimi və bu kimi dərslər böyüyən  nəslin  sağlamlığını  möhkəmləndirir,  onları 

əməyə  hazırlayır, əmək üçün zəruri olan  bacarıq və  vərdişlər  formalaşdırır,  gəncləri  vətənin  müdafiəsinə   

hazırlayır.  Təhsilin  bütün    səviyyələrin  də  (peşə  təhsili,  ali    təhsil  və  s.)    təhsil  alanların    fiziki  və  əmək 

hazırlığı diqqət mərkəzində olur,  təhsil  məqsədlikdn asılı olaraq onlar müxtəlif  səviyyələrdə, formalarda 

aparılır. Məsələn əmək  təhsili ali təhsil  müəssisələrində  istehsalat  təcrübələri  formasında  aparılır. Burada 

artıq  gənclər    seçdiyi  peşə  üzrə  birbaşa  əməyə,  müstəqil  fəaliyyətə  hazırlanırlar.  Ümumi  təhsil  ibtidai, 

natamam orta, orta  olmaqla üc hissəyə  ayrılır. 



İbtidai  təhsil  orta  məktəblərin  I  –  IV  siniflərini  əhatə  edir,      təbii  və  ictimai  hadisələr  haqqında 

elementar elmi məlumatlar  verir, ətraf  aləmlə tanış edir,  hesablama – toplama, çıxma, vurma, bölmə, oxu 

və yazı bacarıq və  vərdişləri formalaşdırır.  

Natamam orta  təhsil orta məktəblərin V - IX siniflərini  əhatə  edir.  Bu  dövrdə uşaq və  yeniyetmələr 

təbiət və cəmiyyət  elmlərinin əsas  anlayışlarını  mənimsəyir, zəruri  bacarıq və  vərdişlərə  yiyələndirilir, 

elmi    dünyagörüş  elementləri    formalaşdırılır,    marağa  və  bacarığa  görə  peşə    seçməyə  hazırlanırlar.Bu 

dövrdə  həmçinin  uşaq  və    yeniyetmələrdə  əxlaqi  keyfiyyətlər  də    formalaşdırılır.  Ümumi  orta  təhsil  

intelektual  səviyyənin əvvəlkilərə  nisbətən yüksək  pilləsidir. 

Bu orta məktəblərin X-XI   siniflərini əhatə edir. Bu səviyyədə yeniyetmə və gənclər həyat üçün  zəruri  

olan    bilikləri  daha  dərindən    öyrənir,  onların    mövcud    bacarıq  və    vərdişləri  daha  da    inkişaf    etdirilib 

möhkəmləndirilir,  elmi  dünyağörüş    formalaşdırılır, mövcud    ictimai  –  siyasi   hadisələrə,  istehsala  şüurlu  

münasibət    yaradılır,  müstəqil  peşə  seçmə    təşəbbüsləri  üzə    çıxarılır.    Ümumi  orta  təhsil  həm    orta 

məktəblərdə  həm  də    əlahiddə    məktəblərdə  (  lal  –kar,  kor,  əqli  cəhətdən  zəif  inkişaf  etmiş  uşaqlar  üçün  

məktəblər),  litseylər,  qimnaziyalar,  seminariyalar  və  müxtəlif  tipli  peşə  məktəblərində  də  verilir. 

Ümumtəhsil    aşağıdakı  vəzifələri  yerinə  yetirir:  böyüyən  nəsl  təbiət,  cəmiyyət  və  insan    təfəkkürünə  aid  

elmi  məlumatlarla    silahlandırılır;  idrakı  prosesləri,  yaradıcılıq    qabiliyyətləri    inkişaf      etdirilir;    onlarda  

elmi  dünyagörüşün əsasları  formalaşdırılır; jəmiyyətin  tələb  etdiyi əxlaq  normaları,  davranış qaydalarına 

yiyələndirilir;  estetik    zövqləri,  hissləri  inkişaf    etdiriləcək    estetik  görüşlər  sistemi    yaradılır;  hüquqi  

biliklərə  yiyələndirilir və  müvafiq  münasibət  formalaşdırılır; ictimai – siyasi fəallıq tərbiyə edilir.   

Politexnik təhsil 

 Politexnik yunan «politexnikum» sözündən  götürülüb  çoxpeşəlilik deməkdir. Politexnik təhsil  orta 

ümumi təhsil məktəblərində təhsil   alanları ayrı – ayrı fənlərin  tədrisi vasitəsilə  istehsal və  sənayenin  elmi  

əsasları və prinsipləri ilə tanış edir, onlarda əmək  alətləri ilə  rəftar etmə  bacarıq və  vərdişi  formalaşdırır. 

Göründüyü kimi  politexnik təhsil  xüsusi  dərs  kimi  aparılmır. İstehsalın müxtəlif sahələrinə  aid  biliklər 

müxtəlif dərslərdə elmi  məlumatlara  yiyələnmə  prosesində  verilir. Məsələn orta məktəbdə kimya dərsində  

aliminum  elementinin  kimyavi və fiziki  xassələrini  öyrənməklə yanaşı onun sənaye, xalq təsarrüfatında  

tətbiqi  sahələrini də  öyrənirlər. Onlar aliminum kimyavi elementindən məişətdə və digər sahələrdə istifadə  

olunmasının elmi  əsaslarını mənimsəyirlər. Həmçinin aliminumun alınmasını, müxtəlif  istehsalı prosesini 

də  öyrənirlər ki bu da istehsalın elmi əsasları haqqında  məlumatlar verir. Politexnik təhsil  biliklərin  şüurlu   

mənimsənilməsini    təmin  edir,  zehni  əməklə  fiziki  əməyi    əlaqələndirir,  əmək    məhsuldarlığının 

artırılmasına imkan  yaradır, peşə  seçməyə  düzgün  istiqamət verir. 

Politexnik təhsil təhsilin bütün diğər  səviyyələrində də  mövcuddur. Yəni ali təhsil  müəssisələri, orta  

ixtisas    məktəbləri,  peşə  məktəbləri  və  s.  diğər    təhsil    müəssisələrində  də  politexnik  hazırlıq    həyata  

kecirilir.  Məsələn  peşə  məktəblərində  yiyələniləjək  peşəyə  uyğun  sahələr,  onun  əsasları  və    prinsipləri 

haqqında  təlimat verilir, texniki  fənlərin  tədrisi zamanı həm birbaşa həmin   sahə həm də diğər istehsal 

sahələrinin də  tətbiqi yolları  öyrədilir. Bunu ali  məktəblərdə tədris  edilən   fənlərə də aid etmək olar. 

 

 

Peşə təhsili. 



Peşə  təhsili    sənaye  və  xalq    təsərüfatının    konkret  bir    sahəsinə    aid    bilik,  baxcarıq  və      vərdişlər  

formalaşdırmaqla    böyüyən  nəsli  həyata    hazırlayır.  Müasir  dövrdə    respublikamızda  peşə    təhsili  xüsusi  

qimnaziyalar,  seminariyalar,  litseylər,  peşə  məktəbləri  və  s.    müəsisələrdə  həyata    keçirilir.  Peşə    təhsili  

həmçinin  mədəniyyət    müəssisələri  və    diğər    istehsal  və  qeyri  –  istehsal    müəssisələrində    açılan  xüsusi 

kurslar  vasitəsilə də verilir. 

 Peşə  təhsili  seçilmiş  peşə  və    ixtisasın    elmi  əsaslarını    mənimsədir,  əlaqəli    sahələr  haqqında  elmi 

təlimatlar  verir,  digər    elmi,  istehsal    sahələri  ilə  əlaqələndirilir.  Peşə    təhsilinin  əsası  orta  məktəblərdə  

qoyulur. Yeniyetmə və  gənçlərin malik   olduğu bilik, bacarıq, vərdişlər peşə  təhsilinin maddi  bazasını  

təşkil edir. Bu  məktəblərdə tədris  prosesində  peşənin  nəzəri  və  təjrübi məsələlərinin  tədrisinə daha qeniş  

yer  verili.  Peşə  məktəblərində  həmçinin  yeniyetmə və  qənclərn ümumi – elmi, əxlaq, siyasi  inkişafını 

təmin edən  fənlərin  tədrisinə də xüsusi yer  verilir.  

Təhsilin bu tərkib hissələri  bir–birilə  qarşılıqlı əlaqədədir, biri -  diğərinin  mövcudluğunu, inkişafını  

təmin  edir. Bunlar  səxsiyyət  formalaşdırılması işinin əlaqəli  qütbələridir. 

Təhsilin  bütün    səviyyələrində    tədrisin  məqsədi,  vəzifələri,  məzmunu  öz    əksini    tədris  planı, 

proqramları, dərsliklərdə tapır. 

Tədris planı ayrı – ayrı məktəblərdə (orta, peşə, ali, xüsusi məktəblər) öyrədilən fənlərin sayı, həçmi, 

ardıcılığı, həmçinin  siniflər, kurslar üzrə  verilən rüblük, smestlik, illik saatların miqdarını  müəyyən edən  

rəsmi    dövlət    sənədidir.  Onu  dövlət  müəyyən  edir,  təsdiqləyir.  Tədris    müəssələrinin  onu    dəyişdirməyə 




icazəsi yoxdur. Onu təhsil  nazirliyi  təstiq edir və yerinə yetirilməsi məcburidir. Hər  təhsil  müəssəsinin  

məqsədinə    uyğun  olaraq  tədris  planı    tərtib  edilir.  Tədris  planı  təhsil  müdətinə  görə    qurulur  və  burada 

xüsusi kurslar,  dərsdən kənar təlim  məşğələləri də əhatə  olunur. 

Tədris proqramları hər  fənn üzrə  asılanacaq bilik, bacarıq və  vərdişlərin məzmununu, həcmi, təcrübə, 

müxtəlif  tip    məşqələləri  (müxtəlif    siniflər  və  kurslar  üzrə)  əhətə  edir.  Proqramlarda  konkret  olaraq  hər  

mövzuya verilən saat, həmin  mövzu üzrə  aparılan təcrübi işə verilən vaxt, müstəqil  işlərə verilən  saatların 

miqdarı göstərilir. Proqramda həmçinin  mövzular üzrə mənimsədiləcək elmi  məlumatlar, onların sistemi də 

verilir. Proqram tərtibində hər bir elmin sistematiklik və ardıcılığı  gözlənilir. Tədris  edilən mövzular elə   

ardıcılıqlı  düzülür ki həm həmin  elmi  sahəsi  haqqında sistemli anlayışlar  yaradılır, həm də  elmin  sistemi 

və  ardıcılığı  pozulmur. Hər bir  fənnin  tədrisində elmin  sistemi  qorunur,  hər yeni tədris  edilən mövzu   

özündən  əvvəl  öyrədilmiş  mövzunu    mökəmləndirir  və  onu    tamamlayır,  sonrakı    mövzulara  zəmin  

hazırlayır. 

Müasir  dövrdə proqramların  tərtibində   sistematikliklə bərabər konsentriklik də  nəzərə alınır. Yəni 

aşağı  siniflərdə  öyrədilən materiallar yuxarı  siniflərdə daha  dərindən və qeniş  öyrədilir. Orta məktəblərdə 

proqram üç konsentrə  bölünür – I - IV, V – IX, X – XI -  siniflər  üzrə. Proqramın bu  konsentrik prinsipləri 

ali məktəb, həmçinin digər  məktəblərin  proqramlarında da tətbiq edilir.  

  Proqramın  belə    konsentrik    düzülüşü  təhsil   alanların  anlaq  səviyyəsi,  psixi-fizioloji  və    intelektual  

inkişaf    səviyyəsi  ilə  əlaqədardır.  Məsələn    tədrisin  ilk    mərhələsində    uşaqların  psixi  imkanları  elmi 

anlayışları  olduğu kimi dərk  etmə  imkanlarına malik deyildir.  Ona görə də təbiət və cəmiyyət hadisələri 

haqqında  elementar  məlumatlar verilir. Orta məktəblərin  yuxarı siniflərini  əhatə edən son  mərhələdə isə  

yeniyetmə  və    gənclərin  həm  psixi  həm  də  intellektual  inkişaf  səviyyələri  elmi    qanunauyğunluqları  

mənimsəmə imkanında olduğu üçün onlara daha  mürəkkəb elmi həqiqətlər haqqında  məlumatlar verilir. 

Bunu  təhsilin müxtəlif mərhələləri, səviyyələrində də göstərmək olar. 

Proqram materiallarının məzmunu  ideyaca sağlam, dövrün  tələblərinə uyğun olmalıdır. Məzmun özü 

təhsil  ananları  cəmiyyətin  tələblərinə    uyğun  tərbiyə  etməli,    onlarda  zəruri  əxlaqi    keyfiyyətləri  

formalaşdırmalı,  elmi  dünyagörüşün    əsasını  qoymalıdır.  Proqram  tərtibində  elmin  sistemi,  ardıcıllığı  

nəzərə  alınmalıdır,  elmin    əsas  anlayışları  və  müddəaları  verilməlidir,  müəllimlərə  aydın    göstərişlər 

verilməlidir, mübahisəli məsələlər  proqrama  daxil  edilməməlidir, məzmun  metodoloji cəhətdən  sağlam  

və elmi olmalıdır. Dərsliklər müvafiq  fənlər üzrə  proqramlar əsasında  nəzəri və  təcrübi  bilikləri özündə 

birləşdirir.  Dərslikdə verilən biliklər aşılanacaq bacarıq və vərdişlər  öyrənənlərin yaş səviyyələrinə uyğun  

verilir.    

 Dərsliklər  üzərində  iş    öyrənənlərin  (şagird,  tələbə)  bilikləri  möhkəm    mənimsəməsinə,  psixoloji 

proseslərinin  inkişafı  və tərbiyəsinə, müstəqil işləmə bacarıqlarının formalaşmasına imkan yaradır. Dərslik 

sırf  proqram    əsasında  tərtib  edilir,  proqram  materiallarının  mənimsənilməsinə  xidmət  edir.  Dərslikdə 

verilən materialların məzmunu, elmi materialların  şərhi ideya – siyasi, əxlaqi cəhətdən  düzgün, cəmiyyətin 

tələblərinə  uyğun    qurulmalıdır.  Dərsliklərdən  başqa  proqram  materiallarının    ətraflı  və    dərindən 

mənimsənilməsinə    xidmət  edən    dərs    vəsaitləri  də  mövcuddur.  Bura  çalışmalar  toplusu,  lüğətlər,  müh-

təxabatlar,  plastinkalar,  xəritələr,  maqnitafon  yazıları,    diafilmlər,  təris  filmləri  və  s.  daxildir.    Dərsliyin  

tərtibinə   aşağıdakı   tələblər  verilir:  dərslik    mövcud  proqram  əsasında tərtib edilməlidir; elmi  materiallar 

sistemi, ardıcıl verilməlidir; materialların məzmunu ideyaca sağlam olmalıdır; mətnin izahına kömək edən 

əlavə  vəsaitlər (şəkil, sxem və s.) verilməlidir; səhiyyə tələblərinə cavab verməlidir;  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin