Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   48
Təlimin tərbiyələndirməsi. 

Bu  prinsip  pedaqoji  qanunauyğunluqlardan  biridir.  Beləki  öyrənənlər  təlim    prosesində  biliklərə  

yiyələnməklə yanaşı həm də tərbiyə  olunurlar. Təlim  materiallarının məzmunu elə  qurulur, tərtib edilir ki, 

o, həm də mövcud əxlaq normaları baxımından tərbiyə edir. Təlim öz məzmunu ilə yanaşı təşkili  formaları,  

səmərəli üsul və  vasitələri ilə öyrənənlərin  əxlaqına,  dünyagörüşünə, onlarda  psixi proseslərin inkişafına 

təsir göstərir. Yəni təlim prosesi tərbiyələndirmə vasitəsinə çevrilir. 

Demokratik təlim sistemində təlim ilk  növbədə öz  məzmunu ilə  tərbiyələndirir. Beləki dəqiq  elmlərə 

aid  fənlərin tədrisi zamanı təbiət hadisələri obyektiv qanunlar əsasında aparılır. Təbii hadisələr arasındakı 

əlaqələr  obyektiv  inkişaf  qanunauyğunluqlar  əsasında  izah    edilir.  Dərk  olunmuş  obyektiv 

qanunauyğunluqlar isə  materialist dünyagörüşün əsasını qoyur, hər kəsə təbiət və  cəmiyyət  hadisələrinə 

obyektiv və şüurlu yanaşma imkanı verir. 

Humanitar fənlərin tədrisi vasitəsilə isə böyüyən nəsldə müxtəlif əxlaqi keyfiyyətlər   formalaşdırılır. 

Məsələn tarix dərslərində uşaq,  yeniyetmə  və  gənclər  tarixi  keçmişi ilə  tanış  olur,  yadellilərə və ölkənin  

müstəqilliyi uğrunda   vuruşaraq  canından keçən  qəhramanlarla,  şəhidlərlə və  onların döyüş yolu ilə tanış 

olur. Bu isə tərbiyə  olunanlarda milli  vətənpərvərlik tərbiyə edir. 

Coğrafiya  dərslərində   ölkənin   təbii   coğrafi  şəraiti,  iqlimi,  təbii   gözəllikləri,   sərvətləri  ilə  tanışlıq  

onlarda milli qürur  və iftixar hissi tərbiyə edir.  

Mədəniyyət  müəssisələrində  aparılan  təlim  işlərinin  məzmunu  da    insanlarda    zəruri    əxlaqi  

keyfiyyətlərin   formalaşdırılmasına  imkan    verməlidir.    Hər    bir  mədəniyyət  və  incəsənət işçisi  öz   işinin  

məzmunu ilə  tərbiyə etməlidir. Daha  doğrusu hər bir yaradıcı əsər öz məzmunu  ilə  insanlarda cəmiyyətin 

vacib  saydığı  əxlaqi  keyfiyyətləri    aşılamalıdır.  Məsələn,    rəssamın  rəsm    əsərləri    insanlarda  gözəllik   

duyğuları    yaratmalı,  gözəlliyi  sevdirməli,  onlarda  gözəlliyi  qorumaq,    qayğısına  qalmaq  hissləri,  ətraf  

mühiti daha da  gözəlləşdirmə meyl və  təşəbbüsləri yaratmalıdır.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin