Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


İtaliya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı dövründə



Yüklə 0,59 Mb.
səhifə36/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   156
avropa amerka tarıxı

İtaliya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı dövründə

Kapitalizmin nisbi sabitləşməsi dövründə iqtisadi inkişaf yaxşılaşdı, sənaye məhsullarının artımı başlandı. 1928-ci ildə sənaye məhsullarının artımı 1920-ci illə müqayisədə 60% artdı. Mussolini təbliğat kampaniyasına başlayaraq dünya ic- timaiyyətini inandırmağa çalışırdı ki, guya bu yüksəliş faşistlə- rin "müdrik" siyasətinin nəticəsidir. Faşistlərin hakimiyyəti dövründə iqtisadi inkişaf özünəməxsus xüsusiyyətləri ilə fərqlənirdi. İtaliyada sənayenin inkişaf surəti onu sənaye-aqrar ölkəyə çevirdi, lakin sənaye sahələri qeyri-bərabər səviyyədə inkişaf edirdi. Mussolini iqtisadi inkişafa güvənərək Roma imperiyasını dirçəltmək fikrinə düşdü. Onun planında Afrikada geniş ərazilər zəbt etmək, Fransadan Nitsa və Savoyyanı qo- parmaq, Balkan yarımadasını öz təsir dairəsinə çevirmək, Ara- lıq dənizini isə romalıların dediyi kimi, "bizim dəniz", yəni "İtaliyanın daxili dənizi etmək» kimi əsassız iddialar var idi. Mussolini bu planı həyata keçirmək üçün hərbi sənayenin inki- şafına xüsusi üstünlük verirdi. Ona görə də faşistlərin hakimiy- yəti dövründə İtaliya iqtisadiyyatını bəzən fil xəstəliyinə də bənzədirlər.

Sabitləşmə illərində fəhlələrin istismarı artdı, 8 saatlıq iş günü faktiki təxirə salındı. Bir çox ərzaq məhsulları xaricdən gətirilirdi. 1927-ci ildə Mussolini ölkədə korporativ dövlət "yaradacağını elan etdi".

1929-1933-cü illərdə dünya iqtisadi böhranı faşist İtaliya- sının da təsərrüfatına ciddi zərbə vurdu. 1932-ci ildə İtaliyada sənaye istehsalı 1929-cu ilə nisbətən 33% aşağı düşdü. Əmək haqqı 12-16% aşağı düşdü. İşsizlərin sayı bir milyonu ötdü. Faşist hökuməti böhrandan çıxmaq üçün tədbirlər görməyə başladı. 1930-1934-cü illərdə "korporativ dövlət" yaratmaq

proqramı həyata keçirilməyə başladı. İqtisadiyyatın bütün sahə- lərində – sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində müvafiq olaraq sahibkarla həmkarlar ittifaqlarını və bütün zəhmətkeşləri öz sıralarında birləşdirən 22 korporasiya yara- dıldı. Korporativ sistemin yaradılması ölkə iqtisadiyyatına dövlət nəzarətini gücləndirməyin səciyyəvi forması idi. Musso- lininin iqtisadi xətti güclü "dövlət- güclü rəhbər" ideyasına əsaslanırdı. Bu ideya əsasında dövlət-inhisar kompleksi yaradıl- dı. İqitsadi böhran illərində hökumət «Çörək uğrunda mübarizə!» şüarını irəli sürlü. 1928 və 1933-cü illərdə əkin sahələrini genişləndirmək və suvarma qurğularını tikməyə dair iki qanun verdi. Bu qanunlar ölkənin aqrar bölməsinin böhrandan çıxmasına kömək etdi. Ölkədə taxıl istehsalı 82 mln. tona çatdı. Korporasiya nazirliyi təşkil edildi ki, ona Mussolini özü başçılıq edirdi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin