Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Tarixiliklə bağlı amil də sosial məkan baxımından



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə207/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Tarixiliklə bağlı amil də sosial məkan baxımından 
əhəmiyyətlidir. 
Məsələn, Yaponiya indi uzaq şərq rayonunda Rusiya 
ərazisinin bir hissəsinə qarşı iddialar irəli sürməkdədir. Yaxud da 
Ermənistan Respublikasının Azərbaycana qarşı irəli sürdüyü Dağlıq 
Qarabağla bağlı əsassız iddialar bu qəbildəndir. 
Sosial məkan və zaman kontekstində etniki amil də az əhəmiyyət 
kəsb etmir
. Keçmiş SSRI məkanında milli və etniki zəmində baş verən 
1
Bax: Крапивенский С.Э. Общий курс философии. Волгоград 1999, 
с.200- 201. 


168 
toqquşmalar buna sübutdur. Siyasi məkanın özünəməxsusluğunda geopoli-
tik amil də mühüm rol oynayır. Bu münasibətdə Azərbaycanın spesifik 
geopolitik vəziyyətə malik olduğu qeyd edilməlidir. O bir tərəfdən Avropa 
ilə Asiyanın qovuşduğu məkanda yerləşir. Təsadüfi deyildir ki, bu iki 
qitəni birləşdirən əsas yollar (məsələn, Böyük Ipək yolu) buradan keçir. 
Digər tərəfdən Azərbaycanın əlverişli təbii şəraiti, zəngin neft və digər 
xammal ehtiyatları Şimalda Rusiya və Cənubda isə Iran kimi iki super 
dövlətin mənafelərinin kəsişdiyi məkandır. Deyilənlərə onu da əlavə etmək 
olan ki, Xəzər dənizi özünün zəngin neft ehtiyatları ilə getdikcə daha çox 
dövlətlərin diqqətini cəlb edir.
Yuxarıda deyilənlər sübut edir ki, məkan və zaman göstəricilərinin 
özünəməxsusluğu sosial həyatın təşkilinin bütün əsas tərəflərində ifadə 
olunur. 


169 
IV FƏSIL 
DIALEKTIKANIN ƏSAS QANUNLARI 
 
1. Dialektika əlaqə və inkişaf haqqında tə‟limdir 
Dünyadakı bütün hadisə və proseslər bir- birilə əlaqədədir. 
Qarşılıqlı əlaqə universal xarakter daşıyır, yə‟ni bütün mövcudatlarda 
özünü göstərir
. Əlaqələr öz xarakterinə görə müxtəlifdir. Bə‟ziləri adi 
gözlə, əyani şəkildə müşahidə olunur. Digərlərini aşkar etmək üçün isə 
xüsusi cihazlardan istifadə edilir. Nəhayət elə əlaqələr vardır ki, onları 
müəyyən etmək üçün dərin təhlil aparmaq lazım gəlir.
Bəs əlaqə nədir? Bu suala ümumi şəkildə belə cavab vermək olar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin