Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə345/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   341   342   343   344   345   346   347   348   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

elmi idrakın formaları da 
adlandırırlar. Onlar 
aşağıdakılardır: 
ideya, problem, hipotez və elmi nəzəriyyə.
Ideya
mövcud biliklərin sintezi, gələcək nəzəriyyənin əsasıdır. O 
xüsusi fikir formasıdır. Bu fikir mövcud elmi biliyin hüdudlarından kənara 
çıxır. Ideyada təkcə gerçəklikdə mövcud olanlar təsvir edilmir, həm də 
onlara qiymətverici münasibət bildirilir. Buna görə ideya çox mühüm rol 
oynayır. O hər bir elmi nəzəriyyənin ilkin forması və özülüdür.
Hipotez
elmi nəzəriyyənin yaradılmasında mühüm rol oynayır. O, 
təcrübəyə və əvvəlki biliklərə əsaslanan elmi fərziyyədir. Nəzəriyyədən 
fərqli olaraq hipotezdə ifadə olunan bilik dəqiq deyil, ehtimali güman xa-
rakteri daşıyır. Elmin və praktikanın gələcək inkişafı gedişində hipotez ya 
təsdiq olunur (bu halda o nəzəriyyəyə bir moment kimi daxil olur), yaxud 
da təkzib edilir, yalana çıxarılır. Hipotez biliyin inkişafı formasıdır. Onun 
irəli sürülməsi nəzəriyyənin inkişaf etdirilməsinin əsas yoludur. Akademik 
V.Vavilov onun böyük rolunu səciyyələndirərkən yazırdı ki, müasir fizika 
məhv olmuş hipotezlərin materialları içərisindən yetişmişdir. Indiki 
şəraitdə nəzəriyyənin inkişafında riyazi hipotez daha çox rol oynayır. Bu 
hipotez belə qurulur. Əvvəlcə mücərrəd obyektin riyazi təsviri verilir. So-
nra onun fiziki səbəbləri axtarılır, alınmış nəticələr izah olunur. Riyazi 
hipotezi irəli sürməyin başlıca şərti onun təcrübə ilə ziddiyyət təşkil 
etməməsidir. Bu işdə çox vaxt EHM-dən istifadə olunur. 
Hipotez bir qayda olaraq elmdə problem şəraitin və elmi problemin 
olduğu halda yaranır. 
Elmi problem dedikdə 
yeni elmi faktları mövcud 
nəzəriyyə çərçivəsində izah etməyin mümkün olmadığı ziddiyyət halı başa 
düşülür. Bu zaman istifadə olunan elmi faktlar özlərində müəyyən gizli 


304 
nəzəri yük və məna daşıyır. Deməli elmi problem elmin təkcə keçmişi ilə 
deyil, həm də gələcəyi ilə (nəzəriyyə) maraqlanır. Bununla belə hər bir 
elmi problem mövcud elmi bilik səviyyəsinə arxalanır. Eyni zamanda 
problem insanın səylərini elmi zirvələrin axtarışına yönəldir. Buna görə də 
o daha dolğun və hərtərəfliyə biliyə yol açır.
Elmi problem adətən müəyyən sual şəklində formulə edilir. Elm 
həmin suala tez və ya gec müsbət cavab verir. Elmi problemin qoyuluşu 
və həlli dialektik xarakter daşıyır. Bir elmi problemin həlli digərini 
doğurur. 
Elmi nəzəriyyə
idrak fəaliyyətinin ali formasıdır. Nəzəriyyə 
idrakın yekun məhsuludur. O müəyyən hadisələr çsxluğunun 
qanunauyğunluqları və mahiyyət əlaqələri haqqında dəqiq təsəvvürlər ve-
rir. Bu təsəvvürlərin dəqiqliyi praktikada yoxlanılır və sübuta yetirilir. 
Elmin cəmiyyət həyatında rolu artdıqca o öz əhatə dairəsinə 
getdikcə daha çox insanlar və vasitələr cəlb edir, elmi informasiyanın 
həcmi sürətlə artır. Hazırda dünyada 5 milyondan çox adam elmlə 
məşğuldur. Normal inkişaf etmiş ölkənin məcmu milli məhsulunun 5-6 
faizi elmə xərclənir.
1
Müasir elmin sürətli inkişafı öz ifadəsini onda tapır 
ki, elmi kəşflər ilə onların praktikada tətbiqi arasındakı müddət ixtisara 
salınır. Əgər əvvəllərdə bu müddət on illəri və yüz illəri əhatə edirdisə, 
indi bu göstərici cəmi bir neçə ilə bərabərdir. Elmin inkişafını əks etdirən 
hər bir yeni elmi nəzəriyyə əvvəlki nəzəriyyə ilə əlaqədə olur. Bu 
əlaqəlilik N.Borun kəşf etdiyi uyğungəlmə prinsipində ifadə olunur. 
Həmin prinsip göstərir ki, istənilən elmi nəzəriyyə boş yerdə yaranmır. 
Onun kökləri bu və ya digər dərəcədə əvvəlki nəzəriyyələrlə bağlıdır. 
Elmin inkişafının çox mühüm qanunauyğunluğunu 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin