Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə47/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

etdikləri sosial və siyasi 
qaydalar mütləq deyildir, nisbidir və şərtidir
. Bunun nəticəsində də 
Yunanıstanda ən‟ənəvi həyat ukladının böhranı, mövcud mə‟nəvi- əxlaqi 
oriyentirlərin gərəksizləşməsi prosesi daha da sür‟ətlənirdi.
Mifologiyanın əsas dünyagörüşü tipi olduğu dövrdə hər bir insanın
şüuru hələ tam fərdiləşmiş xarakter daşımırdı. Yalnız sonrakı sosial 
dəyişikliklər gedişində insanların şüurunda irəliləyişlər baş verdi. Artıq 
hər bir fərddən öz həyat mövqeyini işləyib hazırlamaq tələb olunurdu. 
Fəlsəfə məhz bu tələbata cavab kimi təşəkkül tapmışdır. O, hər bir insana 
yeni tipli həyat mövqeyi aşılayaraq göstərir ki, təkcə vərdiş və ən‟ənələrə 
əsaslanmaq kifayət deyildir. Hər bir fərd öz zəkasına, düşüncəsinə 
arxalanmalıdır.
Beləliklə fəlsəfə əsrlər boyu davam edən ən‟ənələrin tənqidi, 
köhnə 
həyat formalarına və e‟tiqadlara şübhə ilə yanaşılması 
kimi 
formalaşırdı. Digər tərəfdən, fəlsəfə 
keyfiyyətcə yeni mədəniyyət tipinin 
əsasını, özülünü 
yaratmaq cəhdlərini ifadə edirdi. Buna görə də bütün 


44 
fəlsəfi sistemlərdə nəzəriyyə ilə dünyagörüşü məsələləri bir- birilə sıx 
bağlı olurdu. 
Qədim Yunan fəlsəfəsi uzun bir tarixi dövrü (e.ə. VI əsrdən 
başlayaraq eramızın V əsrinə qədər) əhatə edir. Özünün mövcud olduğu 
min ilə yaxın müddət ərzində o öz məzmunu və həll etdiyi məsələlərin 
xarakteri baxımından eyni olmamışdır. Bu baxımdan antik fəlsəfə 
aşağıdakı mərhələlərə ayrılır:
Birinci mərhələ Sokrataqədərki fəlsəfə
(erkən naturfəlsəfə) adlanır (e.ə. VI-V əsrlərdə mövcud olmuş Milet
Eleya və Efes məktəbləri). Bu mərhələ fəlsəfənin təşəkkülü dövrü idi. 
Fəlsəfi məktəblərin əsas diqqəti dünya binasının əsasını axtarıb tapmağa 
yönəlmişdi. Buna görə də həmin dövrdə 
naturfəlsəfə
(təbiət fəlsəfəsi) 
üstünlük təşkil edirdi. Ümumiyyətlə qədim yunan fəlsəfəsi üçün səciyyəvi 
olan 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin