50
Ruhun bədən üçün rolunu izah edərkən Platon onu iki hissəyə
ayırırdı:
birincisi, yüksək zəkalı hissədir ki,
bunun vasitəsilə insan əbədi
xarakterli ideyalar aləmini seyr edir. Bu tərəf xeyirxahlığa sə‟y göstərir.
Ikinci tərəf isə aşağı, hissi tərəfdir
. Platon zəkalı ruhu arabaçıya, hissi
ruhu isə biri xeyirxah, digəri isə alçaq, kobud və küt olan iki ata bənzədir.
Beləliklə də, o bədəni mə‟nəvi ilə müqayisədə aşağı hesab edir, onun
bədxah və mənfi olduğunu göstərirdi.
Platonun fikrincə
bədən öləndən sonra ruh ondan ayrılır və bir
müddət keçdikdən sonra
(bu müddət ruhun keçirdiyi həyatın xeyirxahlıq
dərəcəsi ilə müəyyən edilir)
başqa bir insanın və ya heyvanın bədəninə
daxil olur
. Yalnız ən yüksək dərəcədə mükəmməl ruhlar yer üzərindəki
həyatı, qeyri- mükəmməl olan bu dünyanı bir dəfəlik tərk edir və ideyalar
səltənətində qalır. Beləliklə Platon bədənə ruhun məhbəsi kimi yanaşır və
göstərirdi ki, ruh o məhbəsdən azad olmalıdır. Bunun üçün isə o öz hissi
ehtiras və istəklərini yüksək xeyirxahlığa yönələn fəaliyyətinə tabe edərək,
öz- özünü təmizləməlidir. Bu təmizləmə zəkalı ruh tərəfindən seyr edilən
Dostları ilə paylaş: