Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə53/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

nümayəndələri Protaqor 
(
bizim eradan əvvəl 490- 420- ci illər) və 
Qorqiy (eramızdan əvvəl 480- 380- ci illər) olmuşdur. 
Onlar insanın 
e‟tiqad kimi qəbul etdiyi hər şeyə tənqidi münasibət bəsləyirdilər. Qeyri- 
şüuri qəbul olunan inamın, qeyri- tənqidi qəbul olunan rə‟ylərin 
yoxlanılmasını, sınaqdan keçirilməsini tələb edirdilər. Sofistlər köhnə 
quruluşun bütün əsaslarını, mə‟nəviyyatını, adətlərini (onların kor- koranə 
ən‟ənə şəklində qəbul olunduğu üçün) nöqsanlı hesab edirdilər. Onlar 
göstərirdilər ki, şüurun məzmununda yalnız 
əsaslandırılmış, sübuta 
yetirilmiş olanlar yaşamalıdır
. Beləliklə fərd hər şeyin hakimi e‟lan olu-
nurdu. 
Sofizmin əsas prinsipi Protaqor tərəfindən belə ifadə olunmuşdur: 
«Insan hər şeyin- mövcud olan və mövcud olmayan bütün şeylərin 
ölçüsüdür». 
Onun fikrincə insana ləzzət verən hər şey yaxşıdır, əzab 
verən hər şey isə pisdir. Yaxşılıq və pisliyin me‟yarı isə ayrıca götürülmüş 
hər bir fərdin subyektiv hissləridir. 
Sofistlər eynilə də idrak nəzəriyyəsində ayrıca fərdi əsas 
götürürdülər. Onu öz xüsusiyyətləri ilə birlikdə idrakın subyekti hesab 
edirdilər. Onların fikrincə insan bu və ya digər predmet haqqında biliyi 
hiss orqanları vasitəsilə əldə edir. Odur ki, hissi qavrayış subyektivdir, 
həqiqi obyektiv bilik əlçatmazdır. 
Qeyd olunmalıdır ki, sofistlərin hər cür həqiqəti nisbi hesab edən 
ideyaları mühüm əhəmiyyətə malikdir. O biliyin həqiqiliyinin yeni 
formalarını axtarmağın başlanğıcını qoydu. Bu qəbildən olan axtarışları 
Afina filosofu Sokrat
(bizim eradan əvvəl 470- 399- cu illər) xüsusi 
sə‟ylə davam etdirdi. 
Sokratın 
fəlsəfi fəaliyyəti insan və onun şüuru haqqında 
məsələlər üzərində cəmləşmişdir. Onun ən çox sevdiyi zərb məsəl «Özün 
özünü dərk et» olmuşdur. 
Sokratın fikrincə insanın şüurunda müxtəlif səviyyə və təbəqələr 
vardır. Bunlar şüurun daşıyıcısı olan fərdlə çox mürəkkəb münasibətlərdə 
çıxış edir və bə‟zən də onunla həlledilməz ziddiyyətə girir. Sokrat şüurda 
təkcə subyektiv deyil, həm də obyektiv məzmunun olduğunu aşkar etməyə 
çalışırdı. O, bu obyektiv məzmunun subyektiv tərəf üzərində üstün 
olduğunu sübuta yetirməyi özünün əsas vəzifəsi hesab edirdi. Sokrat bu 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin