Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə61/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

orijinal şəkildə həll olunmuşdur
. O nəzəri fikrin elə yüksək səviyyəsini 
ifadə edir ki, sonrakı nəsillər fəlsəfəni öyrənirkən dönə- dönə ona müraciət 
etməli olurlar. Antik mütəfəkkirləri düşündürən fəlsəfi problemlər bu gün 
də öz aktuallığını itirməmişdir. Sözün əsl mə‟nasında zəkanın təntənəsini 
ifadə edən bu fəlsəfə Avropa və dünya nəzəri fikrinin mühüm bünövrəsi 
rolunu oynayır.


54 
III FƏSIL 
ORTA ƏSRLƏRDƏ QƏRBDƏ FƏLSƏFI FIKIR 
 
1. Orta əsrlər qərb fəlsəfəsinin yaranması
xüsusiyyətləri 
Orta əsrlərdə fəlsəfi fikir feodalizm quruluşuna əsaslanırdı. Bu dövr 
V- XV əsrləri əhatə edir. O, öz məzmununa görə xeyli dərəcədə genişdir 
və aşağıdakı mərhələlərə ayrılır: 
1) 
patristika 
(ata deməkdir)- II- VIII əsrləri əhatə edir. Bu dövrdə 
başlıca yeri kilsə ehkamlarının yaradılması və təbliği tutmuşdur; 2) 
sxolas-
tika mərhələsi- VIII- XV əsrləri 
əhatə edir. Həmin mərhələ dini zəmində 
olsa da, mövcudluq və mahiyyət, ümumi ilə təkcənin münasibəti, idrak və 
məntiq məsələləri üzrə geniş mübahisələrin aparılması ilə səciyyələnir. 
Orta əsrlər fəlsəfəsinin formalaşması eramızın I- IV əsrlərində baş 
vermişdir. Bu yüzilliklər ərzində qədim yunan fəlsəfəsinin tə‟limləri 
(stoiklər, epikürçülər, neoplatonçular və s.) ilə 
formalaşmaqda olan yeni 
təfəkkür arasında kəskin mübarizə getmişdir
. Bununla yanaşı orta 
əsrlərin ilahiyyat tə‟limi və fəlsəfəsi müəyyən hallarda özündə antik 
dövrün fəlsəfi tə‟limlərini (onların mahiyyətini təhrif etməklə) də assimi-
lyasiya etmişdir.
Əgər qədim fəlsəfə 
bütpərəst xarakterli çoxallahlıqla bağlı 
olmuşdursa, orta əsrlərdə fəlsəfi fikrin kökləri 
təkallahlılıq dininə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin