Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


insanın ruhu onun bədəni ilə birlikdə ölür, çünki fiziki



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə60/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

insanın ruhu onun bədəni ilə birlikdə ölür, çünki fiziki 
bədən kimi o da atomlardan təşkil olunmuşdur. 
Lakin o göstərirdi ki, 
ölümdən qorxmaq lazım deyildir, çünki nə qədər ki, biz varıq ölüm yox-
dur, ölüm gəldikdə isə artıq biz olmayacağıq. Bu mə‟nada o göstərirdi ki, 
həm canlılar üçün, həm də ölülər üçün ölüm mövcud deyildir. 
Ellin- roma dövrü fəlsəfəsində 
stoisizm
cərəyanı (e.ə. III əsrdən 
eramızın III əsri) geniş yayılmışdı. Erkən stoiklər (Zenon, Kleanf və Xri-
silp) son stoiklər isə (Plutarx, Siseron, Seneka, Mark Avreliy) olmuşlar. 
Stoiklər də xoşbəxt həyata nail olmağı əsas məqsəd hesab edirdilər. Onlar 
buna çatmağın yolunu təbiətlə ağıllı, normal münasibətlər yaratmaqda 
görürdülər. Bu fəlsəfi tə‟lim əxlaqi azadlığı və ehtiraslardan yaxa 
qurtarmağı təbliğ edirdilər. Stoisizmin nümayəndələri taleyə inanırdılar. 
Göstərirdilər ki, talenin verdiyi sevinc və kədəri sakitliklə qarşılamaq 
lazımdır. 
Son ellinizm dövründə
Plotinin (204- 270) adı
ilə bağlı olan 
neop-
latonizm
fəlsəfi tə‟limi xüsusi yer tuturdu. Plotinə görə, ən yüksək subs-
tansiya ilahi 
Ilk Vahid
adlanır. Dünyadakı bütün mövcudatlar pillə- pillə 
həmin vahiddən yaranır. Ilk növbədə Ağıl (Nus), sonra Ruh meydana 
gəlir. Bizim 
gördüyümüz dünya, təbiət ruhun emanasiyasıdır
. Plotinin 
ideyaları sonralar qərbdə və şərqdə neoplatonçuluq adı ilə xeyli 
yayılmışdı. Plotin bir sıra maraqlı fikirlər də söyləmişdir (varlığın müxtəlif 
pillələrinin müvafiq dəyərləndirilməsi, ali varlığın yaradıcı başlanğıc kimi 
qəbul edilməsi, varlığın yüksək növünün emanasiya vasitəsilə aşağı növü 
yaratması ideyası və s.). 
Bütövlükdə antik dövrün fəlsəfəsi ilə qısa tanışlıq 
göstərir ki, 
burada fəlsəfi dünyagörüşünün bir çox məsələləri irəli sürülmüş və 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin