Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə59/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Stoiklərin və 
epikürçüların 
etik tə'limlərində bu prosesin ilkin əlamətləri özünü 
göstərirdi. Belə ki, Platonun və Aristotelin sosial etikası fərdi etika ilə 
əvəz olunurdu.
Əgər əvvəllərdə etik tə'limlər fərdin əxlaqi təkmilləşməsinin başlıca 
vasitəsini, onun bütöv bir tam kimi götürülən cəmiyyətə qovuşmasında
görürdülərsə, indi bunun əksinə olaraq filosoflar belə hesab edirlər ki, 
insanın xarici dünyanın hökmranlığından və birinci növbədə isə sosial- 
siyasi həyatdan azad olması xeyirxah və xoşbəxt həyatın mühüm şərtidir. 
Sosial fəallıqdan tam imtina etmək ruhu məşhur 
materialist Epi-
kurun (eramızdan əvvəl 341- 270- ci illər) etikasında 
daha aydın ifadə 
olunmuşdur. Öz dövründə geniş yayılmış olan 
Epikur etikasının çıxış 
nöqtəsini 
ümumi ictimai həyat deyil, 
ayrıca insan
təşkil edir. O Aristote-
lin insana verdiyi tə'rifi dəyişdirərək göstərirdi ki, fərd birinci yerdə durur. 
Insanların bütün ictimai əlaqələri və münasibətləri ayrı- ayrı şəxslərdən, 
onların subyektiv arzularından, xeyir və ləzzət haqqındakı rasional 
mülahizələrindən asılıdır. Epikur tərəfindən insanın fərdiyyət 
mövqeyindən izah edilməsi onun atomist naturfəlsəfəsi ilə tam uyğunluq 
təşkil edir. Bu fəlsəfəyə görə real olan bir - birindən təcrid olunmuş ayrı- 
ayrı atomların varlığıdır. Bizim gördüyümüz dünyanın, bütövlükdə kos-
mosun həmin atomlardan təşkil olunan cisim və hadisələri isə ikinci 
dərəcəli xarakter daşıyır və yalnız atomlar yığımıdır.
Epikurun etikası insan həyatının məqsədini həzz almaq mə‟nasında 
başa düşülən xoşbəxtlikdə görürdü və 
hedonist
(həzz almaq deməkdir) 
etika idi. Əlbəttə Epikur həzz almağı müəyyən ölçü daxilində qəbul edirdi. 


53 
Epikura görə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin