Okkama görə ideya allahın ağlında şeylərin ilk nümunəsi kimi mövcud deyildir . Əvvəlcə allah öz iradəsi ilə şeyi
yaradır, ideyalar isə sonradan, yə‟ni yaranmış şey haqqında təsəvvür kimi
meydana gəlir.
Orta əsrlərin fəlsəfəsi ictimai fikir tarixinə həm də
sxolastika adı altında daxil olmuşdur . Bu anlayış çox vaxt reallıqdan uzaqlaşmaq
əlaməti, boş sözçülük kimi işlənir. Lakin sxolastikanın başlıca xüsusiyyəti
budur ki, o özünü şüurlu surətdə ilahiyyata xidmət edən elm, «ilahiyyatın
xidmətçisi» hesab edirdi.
Təxminən XI əsrdən e‟tibarən orta əsrlərin universitetlərində
məntiq problemlərinə maraq artır. O vaxtlar məntiq dialektika adlanırdı
və onun əsas predmetini anlayışlarla əməliyyatlar aparmaq təşkil edirdi.
Aristotelin «Kateqoriya» əsərini şərh edən, anlayışları dəqiq müə-
yyənləşdirməyin sistemini yaradan Boesinin məntiqə dair əsərləri XI- XIV
əsrlərdə fəlsəfənin inkişafına böyük tə‟sir göstərmişdi. Bu əsərlərin
köməyi ilə ilahiyyatçılar
e‟tiqadın doğruluğunu mə‟nalandırmağa cəhd göstərirdilər . Lakin xristian ehkamlarını rasionalist əsaslandırmaq cəhdi
buna gətirib çıxartdı ki, dialektika əsas fəlsəfi elmlərdən birinə çevrildi.
Qeyd edək ki, sxolastlar tərəfindən anlayışların təhlil edilməsi və dəqiq
surətdə bir- birindən fərqləndirilməsi, ayrı- ayrı tə‟riflərin və
definisiyaların müəyyən edilməsi əhəmiyyətli idi. Bu çox vaxt böyük
həcmli çoxcildlik nəzəri kitabların yaranması ilə nəticələnirdi.
Dialektika məsələlərinə göstərilən böyük maraq öz
ifadəsini orta əsr universitetləri üçün səciyyəvi olan disputlarda tapırdı (belə mübahisələr kiçik nahar
fasiləsi edilməklə bə‟zən 10- 12 saat davam edirdi).
Orta əsrlərdə həm də təbiətə yeni baxış qərarlaşır . Antik
tə‟limlərdən fərqli olaraq bu dövrdə təbiətə müstəqil varlıq kimi
yanaşılmırdı. Ilahi qüvvənin hər şeyə qadir olması haqqında tə‟lim