Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə66/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

O Aristotelin tə‟limini 
dünyanın yaradılması haqqında xristian ehkamına və Iusus Xristosun 
allah insan olması tə‟liminə uyğunlaşdırmağa cəhd etmişdir
. Avqustin 
və Boesiy kimi Foma da xristian allahı şəklində ifadə olunan varlığı ali 
başlanğıc hesab edirdi. O varlıq (mövcudluq) ilə mahiyyəti fərqləndirirdi, 
lakin onları bir- birinə qarşı qoymurdu. Aristotel kimi o da bunların hər 
ikisinin ümumi kökə malik olduğunu qeyd edirdi. Fomanın fikrincə 
mahiyyət
və ya substansiya müstəqil varlığa malikdir. 
Bundan 
fərqli 
olaraq aksidensiya (xassə, keyfiyyət) isə yalnız substansiya sayəsində 
mövcuddur
. Buradan belə bir nəticə çıxarırdı ki, substansional və aksi-
densial formalar bir- birindən fərqlidir. Birinci forma sadəcə olaraq şeyin 
varlığını bildirir. Buna görə o meydana gələrkən biz nəyinsə yarandığını 
və məhv olanda isə nəyinsə məhv olduğunu deyirik. Ikinci (aksidensial) 
forma isə şeylərin varlığı deyildir, yalnız müəyyən keyfiyyətlərin 
mənbəyidir. Foma da Aristotel kimi aktual və potensial vəziyyətləri bir- 
birindən ayırır və varlığı aktual vəziyyət hesab edirdi. O qeyd edirdi ki
hər bir şeydə aktuallıq nə qədərdirsə, onun varlığı da o qədərdir. 
Akvinalı Fomanın tə‟limi orta əsrlərdə böyük nüfuz qazanmış, 
roma kilsəsi onu rəsmi olaraq tanımışdır. Bu tə‟limin bir çox cəhətləri so-
nradan, XIX əsrdə katolik fəlsəfənin görkəmli cərəyanı olan neotomizm 
adı altında bərpa olunmuşdur. 
XIII- XIV əsrlərdə nominalizm
(Uilyam Okkam, Ioann Buridan 
və Otrekurlu Nikolay) 
daha çox inkişaf etdi
. Bu dövrdə varlıq ilə 
mahiyyəti sıx əlaqəli götürən aristotelçi ən‟ənələrə yenidən baxılır. 
Yuxarıda qeyd olunduğu kimi Foma da varlıq ilə mahiyyəti fərqləndirirdi. 
Lakin o, göstərirdi ki, mahiyyət kateqoriyası varlığa digər kateqoriyalar-


58 
dan daha çox yaxındır. Həm də onun fikrincə mahiyyəti hiss üzvləri deyil, 
yalnız ağıl dərk edə bilər. Deməli, burada zəkaya üstün yer verilirdi. 
Nominalizmdə isə ilahinin hər şeyə qadir qüvvə olması ideyası əsas yeri 
tutur, yaradılan hər şey allahın iradəsinin nəticəsi hesab edilirdi. Bu 
məsələdə nominalistlər Duns Skotun (1266- 1308) tə‟liminə arxalanırdılar. 
O isə göstərirdi ki, zəka iradədən asılıdır, allahın iradəsi hər cür varlığın 
səbəbidir. Allahın yaratmaq istədiyi müxtəlif mahiyyətlər onun iradəsində 
mövcuddur. Ondan sonra gələn nominalist U.Okkam isə mahiyyət 
anlayışının özünü ləğv etdi. Beləliklə də onun ilahinin ağlında mövcud 
olması tezisi rədd olundu. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin