Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


təbiəti  müstəqillikdən məhrum etdi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə68/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

təbiəti 
müstəqillikdən məhrum etdi

Belə ki din iddia edirdi ki
, allah nəinki 
təkcə təbiəti yaradır, həm də şeylərin təbii gedişi prosesinə qarşı çıxır və 
onun əksinə hərəkət edə bilir, yə‟ni mö‟cüzə törədə bilir. Bu cür 
münasibət yalnız son orta əsrlər dövründə- XIII əsrdə və xüsusən də XIV 


59 
əsrdə qismən dəyişilir. Digər tərəfdən, təbiət hadisələri izah edilərkən on-
lar özü- özlüyündə deyil, yüksək, dini- əxlaqi reallığa yol göstərən və on-
dan nəşət tapan simvollar kimi qələmə verilirdi. Orta əsr təbiət 
təfəkkürünün bu cür simvolik və alleqorik xarakteri müqəddəs dini kitab-
lar vasitəsilə tə‟lim edilir, son dərəcə incə və çevik metodlarla təlqin olu-
nurdu. Aydındır ki, 
bu hal təbiətin elmi dərk olunmasına az kömək 
edirdi
. Yalnız orta əsrlərin son dövründə təbiəti müstəqil obyekt kimi 
öyrənməyə maraq artmışdı. Bu da öz növbəsində astronomiya, fizika və 
biologiya elmlərinin inkişafına təkan verdi. 
3. Insan haqqında tə‟lim 
Orta əsrlərin mütəfəkkirləri 
insan və onun mahiyyət haqqında 
çoxlu fikirlər 
irəli sürmüşlər. Lakin onlar nə qədər rəngarəng olsalar da 
iki müqəddəm şərtə əsaslanırdı
: 1) 
insanın mahiyyətinin «allahın 
obrazı və bənzəri» 
kimi müəyyən edilməsi; 2) 
insanın «zəkalı heyvan» 
kimi anlaşılması. Məhz bu mövqelərdən çıxış edərək filosoflar insanda 
zəkanın, yoxsa heyvani tərəflərin üstün olması, insan üçün hansı 
keyfiyyətlərin zəruriliyi, zəkanın və həyatın mahiyyəti məsələlərini izah 
edirdilər. Onlar belə bir suala cavab verməyə çalışırdılar: əgər insan 
allahın surəti və bənzəridirsə, onda 
allahın hansı keyfiyyətləri insan 
təbiətinin mahiyyətini təşkil edir
. Çünki aydındır ki, allahın sonsuzluğu, 
başlanğıcının olmaması, hər şeyə qadir olmaq kimi keyfiyyətləri insana 
aid edilə bilməzdi. 
Orta əsr xristian filosoflarının antropologiyası üçün səciyyəvi cəhət 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin