Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Xristianlıq yaranana qədər ilahi ilə insanın prinsipial şəkildə bir-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə70/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Xristianlıq yaranana qədər ilahi ilə insanın prinsipial şəkildə bir- 
birindən fərqli olması, buna görə də iki əsasın birləşdirilə bilməyəcəyi 
haqqında təsəvvür mövcud idi. 
Xristian antropologiyasının digər bir əsas 
ehkamı insanın öləndən 
sonra yenidən dirilməsidir
. Ruhun ölməzliyi haqqında, yə‟ni bədən 
öldükdən sonra ruhun başqa bədənə köçdüyü haqqında əvvəlki 
bütpərəstlik təsəvvürlərinin əksinə olaraq, orta əsrlərdə belə bir fikir 
yaranır ki, ölmüş insan müəyyən vaxt keçdikdən sonra bütöv şəkildə öz 
bədəni ilə yenidən diriləcəkdir. Bu təsəvvür təsadüfi deyildi, çünki 
xristianlığa görə ruh bədəndən ayrılıqda mövcud ola bilməz. 
Xristian ehkamlarını sistem şəklinə salmağa və buna əsaslanaraq 
insan haqqında tə‟lim yaratmağa cəhd göstərən ilk filosof Origen (III 
əsr) olmuşdur
. O göstərirdi ki, 
insan ruhdan, qəlbdən və bədəndən 
ibarətdir
. Ruh insanın özünə mənsub deyildir, ona allah tərəfindən 
bəxşeyiş verilmişdir. O daim yaxşılığa və həqiqətə can atır. Qəlb isə 
insanın öz «Mən»ini təşkil edir. O insanda fərdiliyin əsasıdır. Öz təbiətinə 
görə 
qəlb ruha, bədən isə qəlbə tabe olmalıdır
. Lakin qəlbin ikiləşmiş 
xarakterdə olması, xeyir ilə arasında tərəddüq etməsi üzündən onun aşağı 
səviyyəsi tez- tez yuxarı səviyyə üzərində üstünlük təşkil edir. Beləliklə 
insanı öz istək və ehtiraslarının ardınca getməyə sövq edir. Bu hal vərdiş, 
adət şəklini aldıqca, insan günahkar mövcudat olur. Yə‟ni ilahinin 
yaratdığı təbii qaydanı tərsinə çevirir, yüksək olanı aşağıya tabe edir və 
beləliklə də dünyada yamanlıq yaranır. Deməli yamanlıq allahdan, təbiətin 
özündən və bədəndən irəli gəlmir. Onu insanın özü yaradır, daha dəqiq 
deyilsə yamanlıq allahın insana bəxşeyiş 
verdiyi azadlıqdan sui- 
istifadənin nəticəsidir

Deyilənlərlə yanaşı orta əsrlər qərb fəlsəfəsində 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin