62
nin, mənlik şüurunun mütləq dərəcədə səhih olduğuna şübhə edilə bilməz.
Məhz insan öz «daxili vasitəsilə» mövcudluğu haqqında bilik əldə edir. Bu
biliyin xarici hisslərə və mənlik şüurunu təsdiq edən hər hansı obyektiv
sübutlara ehtiyacı qalmır. Beləliklə də, sonralar- yeni dövrün fəlsəfəsində
rasionalizmin çıxış nöqtəsi rolunu oynayan «Mən» anlayışının
formalaşması prosesi orta əsrlər dövründə başlamışdır.
Ilkin orta əsrlər dövründə həm də tarix problemlərinə antik
şüur üçün səciyyəvi olmayan dərəcədə yüksək maraq
göstərilmişdir.
Belə ki, qədim dövrdə tarixə hələ ontoloji reallıq kimi baxılmırdı.
Bütpərəst xalqlarda varlıq tarix ilə deyil, məhz təbiət, kosmos ilə sıx
əlaqələndirilirdi. Orta əsrlər dövründə isə
Dostları ilə paylaş: