Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


asketizm  (tərkidünyalıq) də özünü



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə71/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

asketizm 
(tərkidünyalıq) də özünü 
göstərmişdir. Lakin bu asketizm bədəndən im-


61 
tina etmək demək deyildi (təsadüfi deyildir ki, orta əsrlərdə intihar etmək 
ən ağır günah hesab olunurdu). Onun məqsədi bədəni yüksək mə‟nəvi 
əsaslara tabe ruhunda tərbiyə etmək idi.
Xristian allahında olduğu kimi insanda da iradə birinci yerdə durur-
du. Buna görə də orta əsr fəlsəfəsində yunan antropologiyası üçün 
səciyyəvi olan etik rasionalizm yenidən mə‟nalandırılır. Əgər antik etikada 
mərkəzi yer biliyə verilirdisə, orta əsrlərdə onun yerini e‟tiqad tutur. 
Deməli 
ağırlıq mərkəzi zəkadan iradə sahəsinə keçirilir
. Məsələn, Av-
qustin göstərirdi ki, insanların mahiyyəti onların iradəsində ifadə olunur. 
Insan yaxşılığın nə demək olduğunu bilir, lakin iradəsi ona tabe olmur. 
Buna görə də insan etmək istəmədiyi hərəkəti edir. Insanın bu cür 
ikiləşməsini o qəlbin xəstəliyi, onun öz- özünə, yə‟ni özündəki yüksək 
başlanğıca tabe olmaması adlandırırdı. Odur ki, orta əsr tə‟limləri 
göstərirdilər ki, insan özünün günahla nəticələnən istəklərini təkbaşına, 
yə‟ni ilahinin köməyi olmadan dəf edə bilməz. 
Göründüyü kimi artıq orta əsrlərdə insan kosmosun üzvi tərkib 
hissəsi hesab olunmurdu. 
O kosmik həyatdan, təbiətdən ayrı götürülür, 
ondan yüksəkdə qoyulurdu
. Lakin o özünün günahkar olması üzündən 
nəinki təbiətin ağası, heç öz- özünün də ağası ola bilmir və ilahinin 
mərhəmətindən asılı vəziyyətə düşür. Buna görə də insan hətta antik 
dövrdə bütpərəstliyin ona aid etdiyi bütün heyvanlardan yüksəkdə durmaq 
statusuna malik deyildir. 
Insanın bu cür ikili vəziyyəti orta əsrlər 
antropologiyasının 
ən mühüm səciyyəvi cəhətidir. Antik tə‟limlər insan 
qəlbini, ruhunu ya kosmik həyatla, ya da bütöv bir tam kimi götürülən 
cəmiyyət həyatı ilə müəyyən münasibətdə götürürdü. Orta əsrlərdə isə 
bundan fərqli olaraq əsas diqqət

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin