ruhlar xeyirxah və şər növlərə bölünür . Birincilər səmaya uçur və ilahi ruha qovuşurlar. Şər
ruhlar isə bir cəsəddən başqasına keçir və burada öz bəd əməllərini davam
etdirir. Batinilər göstərirdilər ki, dinləri zahiri tərəfinə görə deyil, daxili
mə‟nasına görə qiymətləndirmək lazımdır.
Şiəliyin ən böyük təriqətlərindən biri
imamilik olmuşdur. Onun
tərəfdarları imam Əlinin və onun nəslindən olan on iki imamın
rəhbərliyini qəbul edirdilər. Peyğəmbərin müqəddəs fikirləri əvvəlcə
Əliyə, sonra isə onun nəslindən olanlara keçmişdir. Buna görə də onlara
itaət etmək zəruridir. Imamiliyin əsas iman tələbləri aşağıdakılar hesab
olunur: təkallahlılıq; ilahi ədalətə inam; yüz iyirmi dörd min peyğəmbərə
inam; ölülərin axirətdə diriləcəyinə, qiyamət gününə inam; imamların
hakimiyyətini qəbul etmək. Bu tə‟limdə
IX əsrdə qeyb olmuş XII imamın (Sahib- əz- Zamanın)
yenidən zühur edəcəyi fikri əsas yer tu- tur . Onların fikrincə bu gəlişdən sonra ilahi ədalət bərqərar olacaqdır.
Qeyd edək ki,
imamilik çox uzun dövr ərzində fəaliyyət göstərmişdir . O IX əsrdə yaranmışdır, bu günə qədər gəlib çıxmışdır. Im-
amilik müasir şiəliyin ən böyük qanadı, Iranın rəsmi dövlət dinidir.
Hazırda Əfqanıstanda, Iraqda, Səudiyyə Ərəbistanında, Misirdə, Küveytdə
və digər ölkələrdə güclü imamiyyə icmaları fəaliyyət göstərməkdədir.
Islam fəlsəfəsində IX- XI əsrlərdə geniş fəaliyyət göstərmiş
cərəyanlardan biri
«Ihvani- Səfa» (Paklıq qardaşları) olmuşdur. Onun
məqsədi müsəlmanlar arasında dini və elmi bilikləri yaymaq, onlara təbiət
haqqında biliklər vermək olmuşdur. Bu cəmiyyət nümayəndələrinin
dünyagörüşü 51 traktatın daxil olduğu dörd cildlik ensiklopediyada ifadə
olunmuşdur: 1) fəlsəfi və riyazi elmlər; 2) təbii və cismani elmlər; 3) psix-
oloji və əqli elmlər; 4) Qur‟an və ilahi elmlər. Səfa qardaşlarının tə‟limi
yunan mifologiyası ilə yəhudi və xristianlıq baxışlarını birləşdirirdi. Onun
bu eklektizmi biliyə və idraka münasibətdə də özünü göstərmişdir. Belə
ki, bu tə‟limin tərəfdarları