69
müxtəlif nisbətdə birləşməsindən yaranan şeylərdən ibarət aləm
.
Yerdən başlayaraq Aya qədər hər şey buraya daxildir. Buradakı şeylər isti-
soyuq, quru- yaş kimi bir- birinə zidd keyfiyyətlərə malikdir. Bu aləmdə
əmələ gəlmə, dağılma kimi dəyişmələr gedir. Hərəkət düzxətlidir, lakin
bütövlükdə aləmin hərəkəti dairəvidir. 2)
Aydan o tərəfə dünyanın
kənarına qədər olan aləmlər toplusudur
. Bu aləmdəki şeylərdə zidd
keyfiyyətlər yoxdur. Onun fikrincə kainatın mərkəzində Yer kürəsi durur.
Materiya, forma, məkan, zaman və hərəkət maddi şeylərin beş təməlidir.
Materiya -maddə, forma- şeyin şəkli, məkan- onun yerləşdiyi yer, hərəkət-
bir məkandan digərinə keçmək, zaman isə həmin keçidin müddəti
deməkdir. O bədənsiz ideyaların mövcudluğunu qəbul edir və göstərirdi
ki, ruh belə ideyaların mənbəyidir. Ruh bədəni tərk etdikdən sonra ayrıca
ideya şəklində yaşayır.
Şərq peripatetizminin digər böyük nümayəndəsi türk mənşəli Orta
Asiya filosofu
Əl- Fərabi
(870-950) olmuşdur. O, dövrünün aparıcı
elmlərinə (natiqlik sənəti, məntiq, riyaziyyat, həndəsə və astronomiyaya)
dərindən yiyələnmişdir. Səmani əmirinin də‟vəti ilə Buxara şəhərinə
gəlmiş və burada ilk islam fəlsəfəsi ensiklopediyasını («Əl- Təlimus- Sa-
ni») yazmışdır. Həmin əsərə görə o «ikinci müəllim» adını qazanmışdır
(birinci müəllim Aristotel hesab olunurdu). Sonra Hələb şəhərinə köçmüş
və burada yaşayıb yaratmışdır. Onun yaradıcılığı
Dostları ilə paylaş: