71
münasibətdə Ibn Rüşdün (Averroesin) (1126-1198) fəlsəfi görüşləri
diqqətini cəlb edir. O, Əlcəzairdə və Kordovada yaşamışdır. Onun
yaradıcığığı Qərb və Şərq fəlsəfəsi arasında bir növ körpü rolunu
oynamışdır. Ibn- Rüşd tibb, fiqh, ilahiyyat, astronomiya və qramatika
sahəsində bir sıra əsərlər yazmışdır. Onun fəlsəfəsində göstərilir ki, aləm
ilkin materiyadan əmələ gəlmişdir. Materiya xəlq edilməyib, öz- özünə
meydana gəlib, o yox olmur. Ibn- Rüşd dünyaya əbədi və zəruri proses
kimi yanaşırdı. O maddi aləmi «mümkün olan varlıq» kimi anlamağı rədd
edirdi. Onun fikrincə allahın varlığı materiyadan əvvəl deyildir. Allah
yalnız materiyaya daxilən xas olan imkanı gerçəkliyə çevirmişdir. Ibn-
Rüşdün irəli sürdüyü aşağıdakı üç ideya həmin dövrdə elmin din ilə
mübarizəsini sübut edir: a)
maddi dünyanın əbədiliyi
b)
aləmdəki bütün
hadisələrin zərurən səbəbiyyət əlaqələrində olması
; v)
fərdi olan hər
şeyin, o cümlədən də insan ruhunun ölməsi
. O ruhun ölməzliyini və
axirət dünyasını qəbul etmirdi. Onun fikrincə ölməzlik ayrıca bir insana
deyil, bütövlükdə bəşəriyyətə xas olan keyfiyyətdir. Lakin o göstərirdi ki,
həm də ümumi zəka ölməzdir. O bütün nəsillərin mə‟nəvi əlaqələrini
təcəssüm etdirir. Ibn- Rüşdə görə zəka ayrıca bir insana məxsus deyildir.
O bütün insanlarda eynidir. Bütün ayrı- ayrı insanlar bu ümumi zəkaya
qovuşduqları dərəcədə zəkalı hesab olunurlar.
Dostları ilə paylaş: