Əl-Həllac belə vəziyyətdə insanın ilahi ilə eyniləşdiyini göstərən «Ən əl-haqq» (mənəm allah) şüarını irəli sürmüşdür. Buna görə onu e‟dam etmişdilər. Islam panteistləri insanı
Allahın varlığında əritməyi üstün tuturdular. Nəticədə onlar sufizmdəki
panteist meylləri müdafiə edirdilər. Bunu əl-Qəzalinin (1058-1111)
baxışlarında görmək olar. O «Vəhdət əl-Vücudun» panteist şərhini verirdi.
Əl-Qəzali dünyanın əbədiliyini inkar edirdi. O qanunauyğunluğu qəbul
etmir, fatalizmə haqq qazandırırdı. Onun fikrincə dünyanın zaman
e‟tibarilə başlanğıcı vardır. Dünya həm də məkanca məhduddur.
Qəzali dünyanın üç mərtəbədən ibarət olduğunu iddia edirdi .
Birinci mərtəbədə (ən aşağı) hissi qavrayış vasitəsilə dərk olunan şeylər aləmi
yerləşir. O daim dəyişilir, təzələnir və inkişaf edir.
Ikinci mərtəbədə şeylərin ideal surətləri mövcuddur. Buna görə də o birincidən yüksəkdə
durur. Nəh
ayət, üçüncü mə rtəbə mələklər dünyasını əhatə edir. ondan
yuxarıda isə Allahın taxt-tacı yerləşir. Insan özündə hər üç mərtəbənin
ünsürlərini əhatə edir. Belə ki, onun bədəni, ruhu və mə‟nəvi imanı vardır.
Allah dünyanı idarə etdiyi kimi, ruh da bədəni idarə edir.
Orta əsrlərdə Şərqdə nüfuzlu dini-fəlsəfi cərəyanlardan biri də
hürufilik (mə‟nası hərflər deməkdir) olmuşdur. Bu tə‟limin tərəfdarları da
pifaqorçular kimi hərfləri və rəqəmləri əşyalardan ayırırdılar. Onları
müstəqil mahiyyət və hətta müqəddəs hesab edirdilər.
Onların fikrincə dünya və insan ilahi qüvvənin keçdiyi beş emanasiya pilləsinin (Dünya zəkası, Dünya ruhu, Ilkin materiya, Məkan və Zamanın) nəticəsi kimi yaranmışdır . Hürufilərə görə ərəb əlifbasının hərfləri və
onların sayına əsaslanan hesablamalar dünyanın dairəvi hərəkətinin
simvollarını ifadə edir. Onların fikrincə