Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


tə‟liminə görə dünyanın fövqündə duran



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə91/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

tə‟liminə görə dünyanın fövqündə duran 
«Vəhdət» adlanan mütləq varlıq aləmin cisimlərində özünü görmək, 
təzahür etdirmək istəyir. Aləmin xəlq olunmasının səbəbi məhz bu 
istəkdir
. Başqa yaradılanlardan fərqli olaraq insan ilahinin atributlarını 
daha yığcam və bütöv əks etdirir. Beləliklə də kamil insan bir növ «ilahi-
nin surəti» kimi çıxış edir. 
Sufilikdə buna qarşı çıxan başqa 
bir tə‟lim «Vəhdət-əş Şühud» 
(Şahidliyin vəhdəti) da mövcud olmuşdur
. Onun banisi Ə.Simnani 
(1261-1336) hesab olunur. Onun tərəfdarları
«Allaha qovuşmağı», «Al-
lahla birləşməyi» rədd edirdi. 
Onlar şəriət-təriqət-həqiqət ardıcıllığının 
yerini dəyişirdilər. 
Onların fikrincə həqiqət-təriqət-mərifət olmalıdır

Çünki, həqiqi bilik yalnız sünnə və şəriətin tələblərinə qeyd-şərtsiz əməl 
olunması sayəsində əldə edilə bilər.
1
Yuxarıda qeyd olunan iki tə‟lim sonrakı dövrlərdə bir-birilə 
mübarizə aparmışdır.
Sufizmdə «Fəna» və «Bəqa» anlayışları da mühüm yer tutur

«Fəna» hərfən yox olmaq, sona yetmək deməkdir. Sufizmdə bu termin 
insanın öz şəxsi xassələrini itirməsi və ilahi keyfiyyətlər əldə etməsi 
mə‟nasında işlənilir. «Bəqa» dedikdə insanın ilahiyə qovuşması və onda 
yerləşməsi başa düşülür. Sufilər göstərirdilər ki, əvvəlcə fəna, sonra isə 
bəqa baş verir. Əlbəttə söhbət insanın Allaha substansional birləşməsindən 
getmir.
 Fəna və bəqa insanın keçirdiyi psixoloji haldır. 
Orta əsr şərq fəlsəfəsində allahın hər yerdə və hər şeydə təzahür 
etməsi ideyası geniş yayılmışdı. Bu ideya zəminində 
panteizm 
(hərfi 
mə‟nası allahın təbiət ilə qovuşdurulması və eyniləşdirilməsi deməkdir) 
tə‟limi formalaşıb, inkişaf etmişdir. 
Panteistlər şəxsi Allah ideyasını bir 
kənara qoyurdular. Onu təbiət kimi təsəvvür edirdilər
. Hələ islam 
1
Bax: Imanov H., Əhədov A. Orta əsr islam şərqində fəlsəfi fikir. s.147. 


77 
panteizminin təşəkkül tapdığı ilk dövrdən başlayaraq Allah təkcə insanla 
deyil, həm də təbiətlə eyniləşdirilirdi. Beləliklə Allahı təbiət nümunəsində 
obyektivləşdirmək panteizmin səciyyəvi cəhətidir. Şərqdə panteizm 
sufiliklə əlaqədar formalaşmışdır. Onun banisi misirli Zun əl-Misri (IX 
əsrin ortaları) olmuşdur. Panteizmin əsasları sufi şeyxləri (əl-Bistami, Əl-
Cüneyd və başqaları) tərəfindən işlənib hazırlanmışdır. Lakin Allaha 
qovuşmağın üsullarını Əl-Həllac (X əsrdə) irəli sürmüşdür. O göstərirdi 
ki, ekstaz halında ilahi ruh insana daxil olur və insanın hərəkətləri ilahinin 
hərəkətlərinə çevrilir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin