75
baxmırdı. Onun kəmiyyətə, keyfiyyətə, məkana və vəziyyətə görə
müxtəlif növlərini göstərmişdir.
1
Tusi dünyanın dərk olunmasının elmi izahını vermişdir. O
göstərirdi ki, idrak şeylərin və hadisələrin insan şüurunda (nəfsində) pas-
siv in‟ikası deyil, onun dialektik ifadəsidir.
Onun ictimai siyasi və etik baxışları da çox maraqlıdır. Tusiyə görə
insan daim kamilləşir.
Kamillik isə onun fikrincə həm elmi cəhətdən,
həm də əməli cəhətdən təkmilləşmə deməkdir
. O siyasətin
(idarəetmənin) müxtəlif formalarını nəzərdən keçirmiş, fəzilətli siyasət ilə
naqis siyasəti bir- birindən fərqləndirmişdir.
4. Müsəlman şərqində sufizm, panteizm və hürufilik
Orta əsrlərdə Şərqdə
sufilik
(təsəvvüf) daha geniş yayılmışdı.
Deyildiyinə görə Məhəmməd peyğəmbərin 622- ci ildə Mədinəyə hicr
edərkən tikdirdiyi ilk məsciddə ona sadiq olan bə‟zi evsiz- eşiksiz
dindarların gecələməsi üçün bir damaltı (əs- suffa) düzəldilmişdi. Burada
yaşayanlara sufilər deyirdilər. Başqa bir mə‟lumata görə sufi sözü qaba
yun mə‟nasını verir. Guya sufilər e‟mal olunmamış qaba yundan uzun
paltar geyir və tərkidünya həyat tərzi keçirirlərmiş. Əslində sufilik dini-
mistik cərəyan kimi VIII əsrin ortaları və IX əsrin əvvəllərində
formalaşmışdır. Onun baniləri Bəsrə şəhərindən olan Əl-Bəsri və Rəbiyyə-
əl Ədəbiyyə olmuşdur. Məşhur sufi nəziyyəçiləri Əl-Həllac, Ibn Ata və
başqaları qətlə yetirilmişdi. Sufilik son dərəcə müxtəlif ideya
istiqamətlərini əhatə etmişdir. IX-X əsrlərdə sufilik islama qarşı yönəlmiş
bidətçi cərəyan kimi çıxış etmişdir. Sufilər islamın «Allahdan başqa allah
yoxdur» kəlamını dəyişdirib, «Məndən başqa mən yoxdur» şəklinə
salmışlar.
Dostları ilə paylaş: