79
V FƏSIL
INTIBAH DÖVRÜ FƏLSƏFƏSI
XV əsrdən etibarən fəlsəfi fikir tarixində Intibah dövrü adlanan
mərhələ başlandı.
Bu dövr sənayenin, ticarətin inkişafı, böyük coğrafi
kəşflər ilə səciyyələnir. Bütün bunlar kapitalizmin təşəkkülünü ifadə edir.
Baş vermiş ümumi dəyişikliklər insanların mənəvi həyatında və
təfəkür tərzində də ciddi dönüş əmələ gətirdi. Bu dönüş ictimai və mədəni
həyatın bütün sahələrində baş verən
sekulyarizasiya (insanların
şüurunun din və kilsədən azad olaraq dünyəviləşməsi) prosesində ifadə
olunurdu
. Iqtisadi və siyasi həyatın ardınca tədricən elm, incəsənət və
fəlsəfə də kilsənin tabeliyindən azad olaraq müstəqillik əldə etməyə
başladı. Doğrudur, bu proses çox ləng getmiş və uzun dövrü əhatə etmişdi.
Intibah dövrü antik mədəniyyətin və təfəkür üsulunun yenidən
dirçəlməsi ilə səciyyələnir
. Əlbəttə söhbət antik həyat tərzinin tam bərpa
olunmasından getmir. Intibah dövrünün adamı, mədəniyyəti və fəlsəfəsi
antik dövrdəkindən ciddi sürətdə fərqlənirdi. Belə ki, o əvvəlki dövrə xas
olmayan bir sıra yeniliklərə malik idi. Əgər antik dövrdə təbiət, kosmik
həyat, orta əsrlərdə allah ideyası diqqət mərkəzində dururdusa,
Dostları ilə paylaş: