84
VI FƏSIL.
YENI DÖVR FƏLSƏFƏSI
1. Empirizm və rasionalizm.
Fəlsəf fikrin inkişafında növbəti mərhələni yeni dövr fəlsəfəsi təşkil
edir. Hələ intibah dövründə başlanmış olan feodalizmin dağılması prosesi
XVII əsrdə daha da genişləndi və dərinləşdi. Artıq bir sıra ölkələrdə baş
verən burjua inqilabları kapitalizmin inkişafında mühüm rol oynadı.
Yeni cəmiyyət təkcə iqtisadiyyat və sosial münasibətlərdə deyil,
həm də insanların şüurunda əsaslı dəyişikliklər yaratdı
.
XVII əsrdə
təşəkkül tapan elm, ictimai şüurun yeniləşməsinin çox mühüm amili oldu.
Təsadüfi deyildir ki, bütövlükdə XVII əsr elmi inqilab dövrü adlandırılır.
Həmin dövrün fəlsəfi fikri də əsasən elmə arxalanırdı. Odur ki, XVII əsr
fəlsəfəsini düzgün başa düşmək üçün əsası
bu dövrdə qoyulan yeni elm
tipinin-
təcrübi- riyazi təbiətşünaslığın spesifikliyi nəzərə alınmalıdır
.
Digər tərəfdən həmin dövrdə insanların dünyagörüşündə bu elm aparıcı yer
tutduğu üçün fəlsəfədə idrak nəzəriyyəsi problemləri- qnoseologiya ön
plana çıxmışdı.
Dostları ilə paylaş: