Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


məsuliyyət daşımaq qabiliyyəti meydana gəlir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə98/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

məsuliyyət daşımaq qabiliyyəti meydana gəlir.
Qeyd edək ki, bu dövrdə fəlsəfə təkcə insan mövzusu ilə 
məhdudlaşmamışdır. 
Burada həm də naturfəlsəfəyə maraq artdı
. Ilk 
nəzərdə bu antik təfəkkürün kosmosentrizminə qayıtmaq kimi görünə bilər. 
Lakin insanın izahında olduğu kimi təbiətin başa düşülməsində də intibah 
dövrü fəlsəfəsi özünəməxsus xarakter daşıyır. Bu spesifiklik hər şeydən 
əvvəl 
təbiətin panteist (hər şeyi allah hesab etmək deməkdir) izahında 
özünü göstərir
. Bu tə'limdə xristian allahı özünün transsendent, 
təbiətdənkənar xarakterini itirir, o sanki təbiətlə qovuşur, beləliklə də təbiət 
ilahiləşdirilir. Intibah dövrünün məşhur naturfilosoflarından olan, 
alman 
həkimi, əlkimyaçı və astroloqu Parasels (1493-1541) göstərirdi ki

təbiət; təkcə canlı mövcudluqların (bitki, heyvan, insan, mələk və şeytanın) 
quruluşu və funksiyalarında deyil, həm də cansız stixiyalarda ifadə olunur. 
Onun fikrincə insanın və heyvanın müxtəlif orqanları ilə bitkilərin 
hissələri, mineralların quruluşu və səma cisimlərinin hərəkəti arasında 
oxşarlıq vardır. 
Paraselsə görə təbiəti üç elementdən çıxış etməklə başa 
düşmək olar: civə, kükürd və duz
. Civə ruha, kükürd-qəlbə, duz isə 
bədənə uyğun gəlir. Insanın bütün hərəkətlərinə onun qəlbi rəhbərlik etdiyi 
kimi, təbiətin hər bir hissəsində də canlı başlanğıc (arxey) vardır. Buna 
görə də təbiət qüvvələrinə hakim olmaq üçün bu arxeyi bilmək, onunla 
təmasa daxil olmaq və onu idarə etməyi öyrənmək lazımdır. 


82 
Intibah dövrü naturfilosofları antik elmi, xüsusən də Aristotelin 
fizikasını (sehrli qüvvəni qəbul etmədiyinə, canlı və cansız mövcudatları 
bir-birindən qəti surətdə ayırdığına görə) tənqid edirdilər. Onlar 
neoplatonizmə daha yaxın idilər. Bu təlimdən dünya ruhu anlayışını əxz 
etmişdilər. Bundan istifadə edərək dünyanın yaradılan olması ideyasını 
aradan qaldırmağa cəhd göstərirdilər. Onlar dünya ruhunu təbiətin özünə 
daxilən xas olan həyati quvvə hesab edirdilər. Məhz onun sayəsində təbiət 
müstəqillik əldə edir və daha ilahi başlanğıca ehtiyac hiss etmir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin