Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə106/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

bir nümayəndəsi B.Spionza 
(1632-1677) idi
. Onun görüşlərinə Dekartın güclü tə
'
siri olmuşdur. Lakin 
Spinoza Dekartın dualizmini qəbul etməmişdir. Allah və ya təbiət 
adlandırdığı vahid substansiya haqqında monist tə
'
lim yaratmışdır. Spinoza 
ayrı- ayrı şeylərin substansionallığını qəbul etmirdi. Bu mə
'
nada o nomina-
lizm və empirizm ən
'
ənələrinə qarşı dururdu. 
Onun tə
'
limi panteizmə 
yaxın idi. O substansiyanı özü- özünün səbəbi 
(kaisa sui) kimi, yə
'
ni özü 
vasitəsilə mövcud olan və özü tərəfindən dərk olunan kimi müəyyən 
etmişdir. Substansiyanı allah və ya təbiət adlandıran Spinoza qeyd edirdi 
ki, o teist dinlərdəki allah deyildir. Bu allah sonsuz və şəxssiz mahiyyətdir. 
Onun başlıca keyfiyyəti bütün mövcudluqların başlanğıcı və səbəbi 
olmasındadır. Spinozanın tə
'
liminin əsasını təşkil edən allah ilə təbiətin 
qovuşdurulması təsəvvürü pantezmi ifadə edir. 
Spinozanın fikrincə təfəkkür və məsafə, substansiyanın mahiyyət 
atributlarıdır. Ayrıca şeylər isə (həm düşünən mövcudluqlar, həm də 
məsafəyə malik olan predmetlər) substansiyanın növ dəyişmələri
moduslarıdır. O göstərirdi ki, fiziki dünyadakı bütün hadisələr məsafə atri-
butunun moduslarıdır. Onlar təfəkkür sferasının bütün moduslarına xas 
olan ardıcıllıqla inkişaf edirlər. Buna görə də ideyalar arasında qayda və 
əlaqələr, şeylər arasındakı qayda və əlaqələrə uyğun gəlir. Onların hər iki-
sinin məğzi ilahi mahiyyətin nəticəsindən başqa bir şey deyildir.
Onun fikrincə dünyadakı bütün proseslər mütləq zərurət 
üzündən baş verir və insanın iradəsi, burada heç nəyi dəyişdirə bilməz

Spinoza ümumiyyətlə iradə kimi qabiliyyətin olduğunu qəbul etmirdi. O 
göstərirdi ki, ayrıca insan qəlbi müstəqil deyildir, o substansiya deyildir. 
Insanın ruhu təfəkkürün modusudur, buna görə də iradə ilə zəka eyni 
şeydir. Insan dünyadakı prosesləri dərk etməklə öz həyatını və arzularını 
onlara uyğunlaşdıra bilir.
Spinozanın vahid substansiya ideyası alman filosofu 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin