95
deməkdir) səviyyə isə insanı ümumilikdə bəşər övladı kimi səciyyələndirir.
Kanta görə məhz bu pillə biliyin obyektivliyini tə‟min edir.
Beləliklə də Kant qnoseologiyanı nəzəri fəlsəfənin ən yüksək
səviyyəsinə qaldırdı. Onun fikrincə nəzəri fəlsəfə özü- özlüyündə dünyanı,
təbiəti, insanı və konkret əşyaları öyrənməli deyildir. Bu fəlsəfənin pred-
meti idrakı
tədqiq etmək, insan zəkasının qanunlarını və hüdudlarını
müəyyənləşdirməkdir. Bu mə‟nada Kant öz fəlsəfəsini transendental
adlandırırdı. Öz metodunu isə XVII əsr rasionalizminin
doğmatizmindən
fərqləndirərək tənqidi metod hesab edirdi.
Çünki Kantın fikrincə idrkın
təbiətini və imkanlarını öyrənmək üçün, hər şeydən əvvəl onları
tənqidi
təhlil etmək lazımdır.
Deyilənlər göstərir ki, Kant qnoseologiyanı ontologiyanın yerinə
qoyur.
Dostları ilə paylaş: